Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib

Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
 
 
7NEWS.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti və N saylı Bərdə hərbi korpusunun birgə təşkilatçılığı ilə "Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd yaradıcı, istedadlı və vətənpərvər gənclərimizi tanıtmaqdır. Tədbir hərbi orkestrin hərəkəti ilə şəhərin mərkəzi küçəsindən start götürüb. İcra başçısı İlham İsmayılov "N” saylı hərbi hissənin rəhbər və bir qrup şəxsi heyəti, təhsil,müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir "Əsgərə məktub" layihəsi çərçivəsində vətən keşiyində dayanan hərbçilərə məktubların yazılması ilə başlayıb. Novruz müjdəçisisi olan Od çərşənbəsinə təsadüf edən tədbirdə, hərbi hissənin komando əsgərlərinin təqdimatında xüsusi döyüş hazırlığı nümayiş olunub. Məktəblilər tərəfindən hazırlanan kitab, rəsm, əl işləri sərgisi, idman və mədəniyyət evlərinin təqdim etdikləri milli kulinariya nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən hərbiçilər, bilik və idman yarışlarında yer tutan məktəblilər fəxri fərmanlarla təltif ediliblər. Gənclər gələcəyimiz və gücümüzdür!
 
 




Xəbər lenti