Mingəçevir su anbarına 100 min balıq buraxıldı

Mingəçevir su anbarına 100 min balıq buraxıldı
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş "Zəngin hövzələr” layihəsinin növbəti mərhələsi Mingəçevir şəhərində baş tutub. Layihə çərçivəsində çəkikimi balıq körpələrinin suya buraxılması mərasimi keçirilib. 
Qeyd edək ki, "Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Ekologiya və Təbii Sərvətlər naziri  Mustar Babayevlə yanaşı, IDEA İctimai Birliyi və ETSN könüllülərinin, həmçinin, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 100 min çəkikimi balıq körpəsi Mingəçevir su anbarına buraxılıb. Yaxın günlərdə daha 100 min balıq körpəsinin su anbarına buraxılması planlaşdırılır.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinləri adından bu nəcib təşəbbüsə görə ilk növbədə IDEA İctimai Birliyinin rəhbərliyinə, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər naziri  Mustar Babayevə öz təşəkkürünü bildirib. Mingəçevir Su anbarının ölkəmiz üçün xüsusi əhəmiyyətindən söz açan icra başçısı, buranın su ehtiyatlarından ilk növbədə Mingəçevir Su Elektrik Stansiyasında elektrik əldə olunması, həmçinin, suvarma məqsədilə istifadə edildiyini diqqətə çatdırıb. Bundan əlavə, Mingəçevir su anbarının ətrafının şəhər sakinləri və qonaqların sevimli istirahət yeri olduğunu deyən İlham İsmayılov, su anbarında son vaxtlar azalmaqda olan balıq populyasiyasının artırılmasının xüsusilə təqdirəlayiq addım olduğunu vurğulayıb. Nazir Muxtar Babayev su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınmasının vacibliyini bildirməklə yanaşı, bu işdə ictimaiyyətin əlaqədar qurumlarla həmrəylik nümayiş etdirərək belə hallarla mübarizə aparmasını vacib sayıb.
 No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

No description available.
No description available.
No description available.
 
7News.Az

Xəbər lenti