Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb

Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
Hörmətli müəllimlər, dəyərli tələbələr!
Mingəçevir Dövlət Universiteti regionda ilk olaraq informasiya texnologiyaları sahəsində lider olan "CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb!
Bu əməkdaşlıq tələbə və müəllim heyəti üçün bir sıra mühüm imkanlar və üstünlüklər yaradır:
Qlobal Standartlara uyğun tədris və vəsaitlərlə təmin olunma:
Cisco-nun təqdim etdiyi CCNA, IT Essentials, CyberOps və digər tədris proqramları MDU-da tətbiqi;
 Tələbələr dünya üzrə tanınan tədris məzmununa çıxış imkanı əldə olunması;
Beynəlxalq sertifikatlaşma imkanları:
  Tələbələr beynəlxalq səviyyədə tanınan Cisco sertifikatlarını əldə etməklə qlobal əmək bazarında rəqabətə davamlı mütəxəssislər kimi yetişəcəklər;
Müəllimlərin peşəkar inkişafı:
   Universitet müəllimləri Cisco tərəfindən təlim keçərək rəsmi "Instructor” statusu qazanmaqla, tədrisin keyfiyyətini yeni səviyyəyə daşıyacaqlar;
 İnteraktiv tədris resursları:
  Cisco Packet Tracer simulyasiya aləti, real və praktiki laboratoriyalar, videodərslər və interaktiv testlər kimi resurslar artıq MDU tələbələrinin istifadəsinə veriləcək;
Təcrübə və Karyera Fürsətləri
  Cisco NetAcad platforması tələbələrə beynəlxalq şirkətlərlə əlaqə qurmaq, təcrübə proqramlarında iştirak etmək və karyera imkanlarını genişləndirmək üçün qapılar açır;
Regional və Beynəlxalq IT yarışlarda iştirak:
  MDU tələbələri artıq Cisco NetAcad-in təşkil etdiyi regional və qlobal müsabiqələrdə, yarışlarda iştirak edə biləcəklər.
  Bu əməkdaşlıq MDU-nun  İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələblərimiz üçün innovativ yanaşmalar tətbiq etməsinə, peşəkarlığının artmasına geniş imkanlar yaradacaq!
 Возможно, это изображение 5 человек, люди учатся и текст

 Возможно, это изображение 7 человек и стол

Возможно, это изображение текст
 

Xəbər lenti