Mingəçevir Dövlət Universiteti beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunacaq
29 Oktyabr 2022, 09:29
29 Oktyabr
2022
09:29
332
2022-ci ilin 25-28 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İrlandiyanın paytaxtı Dublin şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) 16-cı Baş Konfransında iştirak edib. Dublin Universitet Kollecinin (UCD) evsahibliyi etdiyi Konfrans "Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunub. Konfransa 100-ə yaxın ölkədən 300-dən artıq universitet rektoru, ali təhsil üzrə ixtisaslaşan beynəlxalq və regional təşkilatların rəhbərləri qatılıb.
Konfransın açılışında IAU Prezidenti Pam Fredman, İrlandiyanın ali təhsil naziri Simon Harris, UCD Prezidenti səlahiyyətlərini icra edən Mark Rogers və UNESCO-nun
Baş Direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini çıxış ediblər.
MDU-nun rektoru Ş.Bayramov konfrans çərçivəsində keçirilən "Ali təhsilin transformativ gücü” (The Transformative Power of Higher Education), "Bir-birinə bağlı gələcək üçün bilik sistemlərinin açılması” (Unlocking Knowledge Systems for an Interconnected Future), "Sabahın dünyası üçün öyrətmək və öyrənmək” (Teaching and Learning for Tomorrow's World) və "Qarşılıqlı bağlılıq və qlobal kontekstdə ali təhsilin gələcəyi” (The Future of Higher Education in an Interconnected and Global Context) adlı bölmə iclaslarında müzakirələrdə fəal iştirak edib. Bölmə iclaslarında post-pandemiya dövründə ali təhsil, rəqəmsallaşma, beynəlmiləlləşmə, Davamlı İnkişaf Məqsədləri və universitetlərin davamlı inkişafda artan rolu, elmin açıqlığı, universtetlərin təhsil, tədqiqat və cəmiyyətə xidmət missiyasına yeni baxış, lokal və qlobal çağırışların balanslı şəkildə nəzərə alınması və universitet dəyərləri barədə müzakirələr aparılıb. Müzakirələr zamanı universitetlərarası əməkdaşlıq və rəqabət, ali təhsildə müxtəliflik, akademik azadlıq, universitetlərin muxtariyyəti, elm, texnologiya və innovasiya arasında qarşılıqlı bağlılıq və təsir, kurrikulumun davamlı təkmilləşdirilməsi, bilik, bacarıq və səriştə arasında qarşılıqlı bağlılıq, təhsildə sosial ədalət və hamı üçün bərabər imkanlar, gələcəyin vətəndaşının hazırlanmasında ali təhsilin əvəzolunmaz rolu və ali təhsildə qazanılan müsbət təcrübənin bölüşdürülməsi məsələlərinin önəmi vurğulanıb.
Tədbir çərçivəsində Ş.Bayramov müvafiq universitetlərin rektorları ilə çoxsaylı ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rektor MDU-nun strateji hədəfləri, yeni dövrün universitetinə çevrilmə yolunda atılan addımlar barədə ətraflı məlumat verib, IAU çərçivəsində universitetlərarası əməkdaşlıqdan gözləntilərini diqqətə çatdırıb.
Bundan əlavə, 16-cı Baş Konfrans çərçivəsində İAU-nun əvvəlki dövr üçün hesabatı, 2022-2030-cu illər üzrə Strategiyası və 2022-2026-cı illər üzrə Büdcəsi müzakirə və təsdiq edilib. Həmçinin, "Qlobal ümumi rifah naminə ali təhsil müəssisələrinin rəqəmsal dünyada transformasiyası" adlı IAU-nun Qətnaməsi qəbul olunub.
Konfrans 2022-2026-cı illər üçün IAU Prezidentinin və İdarə Heyəti üzvlərinin seçilməsilə öz işinə yekun vurub. MDU-nun rektoru Ş.Bayramov IAU İdarə Heyətinə üzv seçilib.
Məlumat üçün bildirək ki, IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur və üzvləri dörd il müddətinə seçilir. Hazırda 17 üzvü vardır. İdarə Heyəti hər il toplanır, Baş Konfransın qərarlarının icrasını təmin edir və İAU Katibliyinin işinə rəhbərlik edir. Onun işlərinin bir hissəsi konkret komitələr və işçi qruplar vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, MDU cari ildən IAU-nun üzvüdür. IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobal miqyaslı üzvlük əsaslı təşkilatdır. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi