Milli satqınların növbəti “erməni sevgisi”
15 Sentyabr 2022, 15:31
15 Sentyabr
2022
15:31
447
Hazırda bütün Azərbaycan xalqının, cəmiyyətimizin diqqəti Ermənistanla sərhədə köklənib. Erməni tərəfinin sentyabrın 12-də gecə saatlarından başlayaraq ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribatları gərginliyi daha da alovlandırdı. Bu təxribatla Ermənistan hakimiyyəti Cənubi Qafqazda sülh və əməkdaşlıq, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri heçə saydığını nümayiş etdirdi. Halbuki, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən çox vaxt keçməmişdi. Həmin görüşdə tərəflər sülh sazişinin mətninin hazırlanması üçün razılığa gəldiyini bəyan etmişdilər. Görüşdən sonra Azərbaycan humanist addım ataraq beş erməni hərbçini Ermənistana təhvil verdi. Amma əvəzində isə rəsmi İrəvan qeyd etdiyimiz təxribatlarla cavab verdi.
Əlbəttə ki, Ermənistanın bu əməli ordumuz tərəfindən cavabsız qalmadı. Bizə hücum edən düşmənin hərbi birləşmələri darmadağın edildi. Təəssüf ki, "Qətiyyətli cavab” əməliyyatında şəhidlər də verdik. Bu gün bütün xalqımız şəhidlərimizi böyük ehtiramla yad edir, dövlətimizin keşiyində dayanan hərbiçilərimiz üçün dualarını əsirgəmir. Bir sözlə, xalqımızın ürəyi düşmənlə üz-üzə dayanan əsgərlərimizlə döyünür. Eyni zamanda, bugünlər Azərbaycan xalqı və cəmiyyəti sarsılmaz birlik və həmrəylik nümayiş etdirir.
Amma bu proseslər fonunda yenə də radikal müxalifət ünsürləri xalqımıza, dövlətimizə və qəhrəman ordumuza dönük çıxdı. Hazırkı məsuliyyətli və taleyüklü günlərdə Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimiləri az qala rəsmi Yerevan və onun məlum havadarlarının mövqeyi ilə üst-üstə düşən bəyanatlar, çıxışlar və çağırışlar səsləndirir və bu çirkin əməllər haqlı olaraq xalqımız tərəfindən hiddət və qəzəblə qarşılanır. Məsələn, adını "ziyalı” qoyan Altay Göyüşovun mövqeyi Paşinyanın mövqeyindən heç nə ilə fərqlənmir. Çünki ikisi də Azərbaycanı "təcavüzkar” hesab edir.
Bundan əlavə, Qubad İbadoğlu adlı ünsür sosial şəbəkələr üzərindən etdiyi paylaşımlarda mövcud vəziyyəti təhrif edərək günahı Azərbaycanın üzərinə atmağa, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərdən istifadə edərək siyasi divident qazanmağa çalışır. Məqsəd isə ölkə daxilində müəyyən qarşıdurma yaratmaqdır. Ermənilərlə həmrəylik nümayiş etdirən digər milli satqın isə AXCP sədri Əli Kərimlidir. Əslində, ötən illər ərzindəki fəaliyyəti dövründə Ə.Kərimli satqınlığını dəfələrlə sübut edib. Amma o, indiki hadisələrdən yararlanaraq bu "statusunu” daha da gücləndirməkdədir. Üstəlik, AXCP sədri düşmən ordusunun məhv edilmədiyini, Ermənistanın kapitulyasiyaya məruz qalmadığını, Qarabağ məsələsinin bitmədiyini iddia edəcək dərəcədə siyasi riyakarlıq və məsuliyyətsizlik nümayiş etdirir.
Maraqlıdır ki, bu ünsürlər təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyinin isə xətrinə dəyəcək bir kəlmə də işlətmirlər. Əslində, Ermənistan bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Ermənidən artıq ermənilik edən ünsürlər bu reallıqları Paşinyandan da yaxşı bilirlər.
Əslində, bu milli xəyanətkarlar siyasi cəhətdən ölüdürlər. Nə qədər xain xislətli olasan ki, vicdansızcasına, haqsızcasına, 44 günlük Vətən müharibəsindəki qələbəyə kölgə salasan, torpaq uğrunda canlarını qurban verən şəhidlərimizin ruhuna hörmətsizlik edəsən, müzəffər Ali Baş Komandanımızın imicinə, qətiyyətinə zərbə vurmağa çalışasan! Bütün cəmiyyətimiz bu ünsürlərin şərəfsizliyini görməlidir.
Hər zaman olduğu kimi, onlar düşmənin mövqeyini müdafiə, Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutyunyandan artıq separatçılıq edərək özlərini ikrah, qınaq və nifrət obyektinə çevirirlər. Bu çirkin yolla "ölü siyasətçilər” olaraq özlərini siyasi səhnədə diriltməyə çalışırlar. Amma xalqımız hər zaman ayıq-sayıqdır. Xalqımız, ədalətin, işğal və işğaldan qurtulmağın nə demək olduğunu, dövləti necə qorumağı çox yaxşı bilir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm xarici, həm də daxili düşmənlərimizi yox etmək qüdrətindədir. Bütün vətəndaşlarımız hər zaman möhtərəm Prezidentimizin, şanlı Ordumuzun yanındadır!!!
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev