Milli Məclisdə “Gənclər Günü”nə həsr olunmuş ictimai dinləmə keçirildi

Milli Məclisdə “Gənclər Günü”nə həsr olunmuş ictimai dinləmə keçirildi


7NEWS.az xəbər verir ki, bu gün Milli Məclisdə "2 Fevral-Gənclər Günü”nə həsr olunmuş "Heydər Əliyev – Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirildi.

İctimai dinləmə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini andıq. İctimai dinləmədə iştirak edən millət vəkilləri, Gənclər və idman nazirinin müavini, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri və gənclər təşkilatlarının nümayəndələri çıxış etdilər. Qəhrəman əsgərlərimizin döyüş meydanında əldə etdikləri qələbələri gənclərimiz hazırda digər mübarizə meydanlarında ləyaqətlə davam etdirirlər. Separatçıların Qarabağda qızıl və mis yataqlarının qeyri-qanuni istismarına və ətraf mühitə və təbiətə vurulan zərərə etiraz olaraq mübarizəmiz davam edir. Vətəndaş cəmiyyəti nümayəndələrinin və QHT-lərin Şuşa-Laçın-Xankəndi yolunda keçirdikləri ekoloji aksiyada gənclərimizin fəal və yorulmadan iştirak edirlər. Gənclərimiz bu aksiyanı yüksək səviyyədə həyata keçirirlər, heç bir insident qeydə alınmayıb. Bunu xüsusi qeyd etmək istəyirəm. Tələbimiz bəllidir: Yataqlarda qanunsuz fəaliyyət dayandırılmalı və monitorinqə şərait yaradılmalıdır! Gənclərimizin bu əzmi Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Həqiqətən orada gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərir, dərsliklərə düşəcək bir fəaliyyətdə iştirak edirlər. Bu aksiyanın əks-sədası hətta dünyada ən yüksək qurum olan BMT Təhlükəsizlik Şurasının iclasına qədər gedib çıxdı və müzakirələrə səbəb oldu. Ermənipərəst qüvvələr xüsusən də Fransa BMT-də ölkəmizə qarşı qərar qəbul etməyə ciddi səy göstərdilər. Amma Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində dünyada olan dostlarımız Azərbaycanlı eko-fəalların bu haqq işinə qarşı belə bir qərarın çıxarılmasının qarşısını aldılar. Yəni xarici ermənipərəst güclər Prezidentimizin siyasəti və gənclərimizin əzmi qarşısında aciz qaldılar. Onlar nə qədər Azərbaycan əleyhinə fəaliyyət göstərsələr də, haqq və ədalətdən güclü ola bilməzlər. Bizim gücümüz bundadır! Bu həm  cənab Prezidentin apardığı diplomatiyamızın, həm Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin və həm də sağlam ruhlu və sağlam düşüncəli, vətənpərvər Azərbaycan gəncliyinin qələbəsidir. Bir daha gənclərimizi bu gün münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm.
 
 


Xəbər lenti