Məhkəmədəki ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur - Deputat

Məhkəmədəki ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur - Deputat
Bakı Ağır Cinayətlər Məhkəməsində verilən ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur.

Bunu Trend-ə deputat Elşən Musayev deyib.

Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ermənilərin təqsirləndirilməsinə dair cinayət işi ətrafında cərəyan edən proseslər bir daha sübut edir ki, zaman-zaman bütün təxribatların, terrorların başında Ermənistanın hərbi-siyasi rəhbərliyi dayanıb, bütün əmrlər onlardan gəlib, bütün naqis əməllər onlar tərəfindən planlaşdırılıb və yönləndirilib:

"Eyni zamanda məhkəmə prosesində bir çox hallar üzə çıxdı. Məlum oldu ki, Ermənistan rəhbərliyi elə öz vətəndaşlarına qarşı da təhdid siyasəti həyata keçirib, döyüşə getməyənləri, qatılmayanları 8-12 il müddətinə həbs etməklə hədələyib, ölkədən çıxmaq istəyənlərin gedişini əngəlləyib və bununla da nəyəsə nail olacağını düşünüb. Nəticədə isə ağır məğlubiyyətə uğrayıb, darmadağın olub, rüsvay olub.
Məhkəmədə verilən ifadələr eyni zamanda onun sübutudur ki, erməni əsgəri heç bir zaman əzmlə, ümidlə döyüşməyib. Onlar elə əvvəldən biliblər ki, məğlubiyyətə doğru gedirlər və Azərbaycanın "dəmir yumruğu” qarşısında duruş gətirə bilməyəcəklər. Amma bütün bunlara rəğmən Ermənistanın hərbi-siyasi rəhbərliyi yenə də inad edib, ucdantutma hamını şantaj vasitəsilə döyüşə istiqamətləndirib, riyakarlığını öz vətəndaşları üzərində də tətbiq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində verilən ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur, təxribatçı və yaramazdır. Bəli, bunlar heç dəyişməyiblər. Üstəlik, yüz illər boyunca dəyişməyiblər. Onların xəmiri qətldən, qandan, naqislikdən, yalandan yoğrulub.

Bütün cinayətkarlar zamanı gələndə məhkəmə qarşısına bax bu şəkildə çıxarılacaqlar. Hazırda ittiham olunan şəxslərə rəhbərlik etmiş erməni vətəndaşı, polkovnik Arsen Qazaryan və digər vəzifəli şəxslər artıq beynəlxalq axtarışdadır. Əmin olun: onlar da tapılacaqlar. Mütləq tapılacaqlar və cəzalarını alacaqlar".
Məhkəmədəki ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur - Deputat - Gallery Image

Xəbər lenti