“Media haqqında” Qanun layihəsinin ilk müzakirəsi AZƏRTAC-da keçirilib
29 İyun 2021, 18:07
29 İyun
2021
18:07
1367
İyunun 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) "Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin ilk müzakirəsi keçirilib.
Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi, AZƏRTAC-ın İdarə Heyətinin üzvləri və struktur rəhbərləri iştirak edirdilər.
Əvvəlcə, ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə güllər düzüldü, xatirəsi ehtiramla yad olundu. AZƏRTAC-ın və AzTV-nin Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistləri Məhərrəm İbrahimovun və Sirac Abışovun xatirə guşəsindəki portretləri önünə də güllər qoyuldu.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov tədbirdə çıxış edərək, qanun layihəsinin ilk müzakirəsinin AZƏRTAC-da keçirilməsinə görə Medianın İnkişafı Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Ulu öndər Heydər Əliyevin mətbuata böyük önəm verdiyini, jurnalistlərə və mediaya xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladan A.Aslanov qeyd etdi ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə senzura ləğv olundu, mətbuatın fəaliyyətini nizamlayan qanunvericilik bazası yaradıldı. Sonrakı illərdə Ulu Öndərin KİV sahəsində siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə milli mediamızın müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm islahatlar aparıldı.
"Hazırda media məkanında sürətli qloballaşma gedir, mətbuatın cəmiyyətdə rolu görünməmiş dərəcədə artır. Buna müvafiq olaraq informasiya mühiti gündən-günə modernləşir. Qabaqcıl texnologiyalar həyatımıza sürətlə daxil olur, aparıcı trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq vəzifəsi dayanır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsi günün ən vacib tələbidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək”, - deyə İdarə Heyətinin sədri bildirdi.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media haqqında” Qanun layihəsinin müzakirəsinə yaratdığı şəraitə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını ifadə etdi. Yeni qanun layihəsi haqqında məlumat verən icraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açdı. O, Azərbaycanın ilk informasiya agentliyi olan AZƏRTAC-ın təcrübəli jurnalistlərinin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayaraq, onları işgüzar fikir mübadiləsinə çağırdı.
Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını etdi. Bildirildi ki, layihənin müddəaları Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, jurnalistlərin akkreditasiyası və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırdı.
Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam etdi, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırıldı.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO