“Marneuli və Qardabanidə yeni iş yerlərinin açılması əsas məqsədimizdir” Zaur Darğallı

“Marneuli və Qardabanidə yeni iş yerlərinin açılması əsas məqsədimizdir” Zaur Darğallı

Gürcüstanda seçkiöncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində aparılan görüşlər davam edir.

Hakim partiyanın azərbaycanlı namizədi Zaur Darğallı Marneuli və Qardabanidə xalqla görüşləri fəal şəkildə davam etdirir.
Sahibkarlarla görüşən namizəd regionda biznesin inkişafı istiqamətində aparılan işlərdən danışdı. Qeyd edildi ki, son illər ərzində ölkədə o cümlədən bölgədə bizneslə məşğul olan sahibkarların sayı artmışdır. Marneuliyə çoxsaylı investorlar cəlb edilmişdir, yeni iş yerləri açılmışdır. Bu yatırımlar yerli sahibkarlarla yanaşı xarici investisiya yatırımları ilə də gerçəkləşmişdir. "Bir il öncə görüşlərimiz zamanı da vəd etdiyim kimi, qısa müddət ərzində biz Marneulidə biznesin əlçatan olması, investisiya üçün şəraitin yaradılması və inkişafı üçün müəyyən işlər gördük,bir çox xarici şirkətlərlə görüşlər apardıq və bu gün prosesin başladığını müşahidə edə bilirik. Marneulidə yeni ticarət obyektləri açılır, fabriklər işə başlayır, bu isə həm bölgənin həm də vətəndaşların iqtisadi rifahının müsbətə dəyişməsindən xəbər verir. Pandemiya ilə bağlı bu və digər işləri davam edə bilmədik. Lakin mən sizə söz verirəm ki, parlamentin üzvü olduqdan sonra bu dəstək və işlər daha intensiv şəkildə davam edəcəkdir, eyni zamanda Qardabanidə də, yeni iş yerlərin açılması üçün imkanlar yaradağıq. Orada da bu işlərin həyata keçirilməsi üçün hər bir şərait var” – dedi Zaur Darğallı.
Sahibkarlar isə öz növbəsində pandemia zamanı üzləşdikləri bir sıra problemlərin həllində hökümətin dəstək proqramlarının faydasından və şəxsən Zaur Darğallının dəstəyindən danışdılar.

 

 

Xəbər lenti