Mağmın tərcüməçilər
22 May 2020, 16:44
22 May
2020
16:44
2595
Yazıçı-publisist Ayxan Ayvazın tərcüməçilərlə bağlı yazdığı tənqidi yazı polemikaya səbəb olub. Kulis.az yazıda adı çəkilən qələm adamlarından biri, yazıçı-tərcüməçi Etimad Başkeçidin məsələ ilə bağlı yazısını təqdim edir.
Yaxşı bədii tərcüməçilərin sayı başqa ölkələrdə və xalqlarda da azdır, lap barmaqla sayılacaq qədər.
Əvvəla ona görə ki, bu sənəti universitetlərdə, dərnəklərdə və ya tərcümə nəzəriyyəsinə aid elmi əsərlərlə dolub-daşan kitabxanalarda öyrənmək mümkün deyil. Mən bir ara həşəmətli Slavyan Universitetində Tərcümə kafedrasının müdiri olmuşam və bunu havadan demirəm. Yəni, tərcüməçilik insanda anadangəlmə qabiliyyətin olmasını tələb edir. Başqa yaradıcı sahələrdə olduğu kimi...
İkincisi də, bədii tərcümə bütün tərcümə növlərinin ən çətinidir. Bunu mən demirəm, hamıya bəlli məsələdir.
Üçüncüsü, bizdə hələ ki, ruslarda, türklərdə, lap tutalım, gürcülərdə olduğu kimi, funksional tərcümə məktəbi formalaşmayıb deyə, dəyərləndirmə prinsipləri və etikası da yox dərəcəsindədir. Burada naşirlərin də günahı az deyil: onlar istedadlı, istedadlı olduğu üçün də çox zaman mağmın, öz haqqını istəməyə utanan adamlara istedadsız, amma sırtıq sənətkarlardan az pul ödəyə bilirlər.
Sivilizasiyaya qovuşmuş bütün ölkələrdə isə qonorar kəsilərkən, tərcümənin mürəkkəblik dərəcəsi, keyfiyyəti əsas götürülür və naşirlərin özləri bunda maraqlıdır. Əks halda «brend» adlar meydana çıxmaz və bu, oxucu kontingentini get-gedə səndən uzaqlaşdırar.
Ayrıca qeyd etmək istəyirəm ki, Dövlət Tərcümə Mərkəzi bütün bu reallıqları nəzərə alır və heç təsadüfi deyil ki, Azərbaycan tərcümə məktəbinin formalaşması məsələsində lokomotiv rolunda çıxış edir. Lakin bu məsələdə bütün aidiyyatı təşkilatların və qurumların əlini daşın altına qoyması lazımdır.
Dostlar, siz kitab tərcüməsindən danışırsınız, amma Azərbaycanda ən acınacaqlı, ağlamalı vəziyyət filmlərin tərcüməsi və dublyajı sahəsindədir.
Bilirəm, insanlarımızın çoxu bədii filmlərə türkcə və ya rusca baxır, amma lütfən özünüzü məcbur edin, arada bizim televiziyalarda nümayiş etdirilən filmələrə də baxın: bu filmlərin obrazları azərbaycanca deyil, türkcə və rusca da deyil, rəhmətlik Zəlimxan Yaqub demiş, moltanı dilində danışırlar.
Əsl müsibətdir. Filmlərin tərcüməsinin, dublyaj məsələlərinin yaxşılaşdırılması ilə bağlı Prezidentin fərmanı var. Bu fərman çıxandan sonra Mədəniyyət Nazirliyi silsilə tədbirlər keçirdi, bütün telekanallardan dublyajla məşğul olan adamları vaxtaşırı Nizami kinoteatrında toplayıb, təlimlər keçdi. Təlim keçənlərdən biri də mən idim. Amma və lakin… Bütün danışılanlar elə orada qaldı: həmin su, həmin dibək.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO
-
MƏDƏNİYYƏT
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
“Ədibin evi”ndən ədəbi köşə
-
MƏDƏNİYYƏT
Tarixin izi ilə... (Bəşir İmanovun həyat yoluna qısa səyahət)
-
MƏDƏNİYYƏT
Bəşir İmanov calışdığı bütün vəzifələrdə yalnız Vətəninə, millətinə sadiq bir zabit olduğunu sübut edib
-
MƏDƏNİYYƏT
“ZİRVƏLƏRƏ DİKİN BAYRAQ”
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MƏDƏNİYYƏT
Anar Kərimov vəzifəsindən azad edildi
-
MƏDƏNİYYƏT, GÜNDƏM
YARAT “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir