Los Ancelesdə Respublika Günü və Diplomatik Xidmət oraqanlarının 100 illiyi təntənəli şəkildə qeyd olunub
ABŞ-ın Los Anceles şəhərində Azərbaycanın Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, azərbaycanlılar, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev 101 il əvvəl Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurduğunu və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O həmçinin bu il Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin də qeyd olunduğunu bildirərək, 1919-cu ildə Paris Sülh Konfransında iştirak edən ADR nümayəndə heyətinin ABŞ Prezidenti Vudro Vilson ilə görüşdüyünü diqqətə çatdırıb. Baş konsul bu gün Azərbaycan-ABŞ əlaqələrinin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalıçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Los Anceles Vilayətinin Protokol xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) tədbirdə iştirakdan məmnunluq duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib və Los Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış təbrik bəyannaməsini baş konsul N.Ağayevə təqdim edib. Eyni zamanda, Los Anceles şəhərinin meri Erik Qarsettinin də imzaladığı təbriknamə təqdim olunub.
Bundan başqa qeyd olunub ki, Baş Konsulluğun səyləri nəticəsində Kaliforniyanın San Dieqo və Örvayn şəhərləri, eləcə də Nyu Meksika ştatının Santa Fe və Albukerke şəhərlərində 28 may "Azərbaycan Mili Günü” elan olunub.
Tədbir məşhur "America’s Got Talent” şousunun azərbaycanlı finalçısı tanınmış akrobat Üzeyir Novruzovun ifası və rəqs ustaları Ramin Eldarov və Ləman Musayevanın ifalarında Azərbaycan rəqsləri ilə davam edib. İfalar iştirakçıların gurultulu alqışları ilə qarşılanıb. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları ilə tanış olublar.
Tədbirin qısa video-yazısına bu linkdə baxmaq olar: https://youtu.be/rsxbhKrmNhI
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Vaşinqton, Los-Anceles və Boston şəhərlərində məlumatlandırıcı aksiya təşkil edilib
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
Norveçdə Ermənistanın qəbuledilməz davranışları barədə məlumat kampaniyasına start verilib
-
DİASPORAMIZ DÜNYADA
Qahirədə azərbaycanlı tələbələrlə görüş keçirilib
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
BMT-nin qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
-
DİASPORAMIZ DÜNYADA
Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb