“Laçına qayıdış bizim 30 illik arzumuzun reallaşmasıdır.” - DEPUTAT

“Laçına qayıdış bizim 30 illik arzumuzun reallaşmasıdır.” - DEPUTAT
"Laçına qayıdış çox böyük hadisədir. Laçına qayıdış Azərbaycan dövlətinin gücünün göstəricisidir. Laçına qayıdış bizim 30 illik arzumuzun reallaşmasıdır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Cənab Prezident də öz çıxışında çox maraqlı məqamlara toxundu və qeyd etdi ki: "Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.” Bəli, bu artıq reallıqdır! Böyük qayıdış başlayıb. Artıq Qarabağ torpaqları öz əzəli sahiblərinin və doğmalarının əhatəsindədir.

Şükür olsun bu günə. Tanrı dövlətimizi, xalqımızı və dəyərli Prezidentimizi qorusun.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti