"Laçın rayonu və bütün başqa rayonlar tezliklə bərpa olunacaq" - Deputat

"Bu gün Laçının işğaldan azad edildiyi gündür. Hər birimiz bilirik ki, Laçın bizim üçün olduqca önəmli tarixi torpağımızdır. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Artıq Laçında yenidənqurma işlərinə start verilib. Gedişat isə onu göstərir ki, "Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar tezliklə bərpa olunacaq.”

Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Çox təəssüflər olsun ki, o vaxtkı hakimiyyət nümayəndələrinin məsuliyyətsizliyi nəticəsində Laçının işğalı ilə yanaşı erməni barbarları oradakı insanlara, həmvətənlərimizə də divan tutublar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Maraqlıdır ki, işğal dövründə Azərbaycanın beynəlxalq təşkilatlara etdiyi çağırışların demək olar hamısı cavabsız qalmışdı. Halbuki Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu. Ancaq bu əməllər qarşısında sanki dünya susurdu. Ancaq artıq bu torpaqların əsl sahibi geri qayıdıb və biz digər rayonlarımız kimi Laçını da yenidən qururuq. Iki il ərzində burada böyük işlər görülüb. İstər enerji, istər nəqliyyat insfrastrukturu yenidən tikilir. Görülən işlər isə onu deməyə əsas verir ki, soydaşlarımız tezliklə bu rayona da qayıdaraq dədə baba yurdlarında yaşaya biləcəklər”.

Cavid Məhərrəmov

Lobbi.Az

Xəbər lenti