Karantin müddəti uzadılacaq

Karantin müddəti uzadılacaq

"Yoluxmanın sayının nisbətən azalması tendensiyanın müsbət istiqamətə tərəf getməsinə işarədir. Amma virusa qalib gəlməmişik. Bu, qeyri-müəyyənlikdə qalır".


7News.Az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidməti İbrahim Məmmədov deyib.


O bildirib ki, karantin rejimindən çıxma ilə bağlı muzakirələr aparılır: "Hansı mərhələdə iqtisadi aktivlik başlayacaq, universitetlər, məktəblər açılacaq, bu, müzakirə olunmaqdadır. Hətta karantin bitəndən sonra necə yaşamaq məsələsi də müzakirə olunur".

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib ki, ümumi vəziyyət onu göstərir ki, karantin rejiminin uzadılmasına zərurət var.


Onun sözlərinə görə, karantin rejiminin tədricən yumşaldılması üçün tədbirlər planı hazırlanır: "Amma gedişatdan asılı olaraq, uzadılması ilə bağlı da müraciət edilməsi gözləniləndir".

Xəbər lenti