İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır

03 Dekabr 2024, 13:14
03 Dekabr
2024
13:14
243
Corc Oruellin məşhur "1984" romanındakı şüarları xatırlayırsınızmı? - Müharibə - sülhdür, azadlıq - köləlikdir, bilgisizlik - gücdür (Ignorance is Power).
Bilgisizlik, cəhalət sadəcə işığın olmadığı məkan - qaranlıq deyil, həm də öldürücü kinetik enerjiyə malik bir canavardır.
Sokrat necə deyirdi: "Bilirəm ki, heç nə bilmirəm, amma başqaları heç bunu da bilmir".
İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır.
Sosiologiya elmində Danninq-Kryuger effekti adlanan bir fenomen var. Eksperimentlərlə sübuta yetirilir ki, bilgisiz, cahil insanlar gözə kül üfürməyin, öz sönük "qabiliyyət"ini gözə soxmağın böyük ustasıdırlar, bu insanlar heç nəyə adekvat qiymət verməyə qadir deyillər, üstəlik, instinktiv olaraq, yəni heç bir xüsusi məqsəd güdmədən, hər fürsətdə bilgili və istedadlı adamlara qənim kəsilirlər.
Bu adamlar həmişə sürüylə gəzib-dolaşır, palaza bürünüb ellə sürünməyə üstünlük verir, artıq-əskik danışmır, cızığından çıxmırlar; maraqlıdır ki, demək olar, bütün "elita"lar özünün heç bir obrazı olmayan, boz kütlədən heç nəyələ seçilməyən bu sənətkarları tapıb fərqləndirir, örnək göstərir, onlara mükafatlar verirlər. Onların da, istər-istəməz, qoltuqlarının altı şişir, həşəmətli Əziz Nesinin personajına çevrilirlər:
Bir kendisi var herşeyi bilen,
başka bilen yok sanıyor.
Herkes kendini bir bok sanır,
ama bu herif
kendini iki bok sanıyor.
Belə vəziyyət hər iki tərəfi qane eləyir. Ən çox da bilgisiz, cahil olan tərəf razı qalır və haqq etmədiyi sığalın, tumarlamanın əvəzini verməyə həp zaman amadə olur. Bu fikrin illüstrasiyası kimi adını bilmədiyim bir sənətkarın aşağıda topladığı faktlara nəzər salaq:
Hakim Misirin prezidenti Ənvər Sadatı qətlə yetirmiş adamdan soruşur: "Sadatı niyə öldürdün?"
Qatil cavab verir: "Çünki dünyəvi idi!"
Hakim soruşur: "Dünyəvi nə deməkdir?"
Qatil cavab verir: "Bilmirəm!"
Hakim məşhur yazıçı Nəcib Məhfuzu bıçaqla yaralayıb öldürən qatildən soruşur: "Onu niyə öldürdünüz?"
Qatil cavab verir: "Məhləmizin uşaqları" romanına görə".
Hakim soruşur: "Bu romanı oxumusunuz?"
Cinayətkar deyir: "Yox!"
Başqa hakim yazıçı Fərəc Fudanı öldürən terrorçudan soruşur:
"Fərəc Fudanı niyə öldürdünüz?"
Terrorçu cavab verir: "Ona görə ki, kafir idi!"
Hakim soruşur: "Onun kafir olduğunu hardan bilirdiniz?"
Qatil cavab verir: "Yazdığı kitablardan".
Hakim deyir: "Hansı kitabından öyrəndiniz ki, o kafirdir?"
Qatil: "Mən onun kitablarını oxumamışam!"
Hakim: "Necə yəni?"
Qatil: "Mən oxumaq, yazmaq bilmirəm!"
Əmin olun ki, Rafiq Tağının qatili tutulub, məhkəmə qarşısına çıxarılsaydı, fərqli nəsə eşitməyəcəkdik.
Fazil Mustafaya güllə atanlardan da fərqli heç nə eşitməyəcəyik!
Odur ki, əziz dostlar, bilməyimiz vacibdir, cahilin, avamın çörəyi nifrət və gözügötürməzlikdir. Gözü hər zaman ovda - quşdadır, tükünü didməyə, gözünü deşməyə ala qarğa axtarışındadır.
Bilgisiz insan hələ hamo sapiens mərhələsinə keçə bilməmiş adamdır. Allahın böyük ədaləti: nadanı, cəhalətpərəsti bu bəladan yalnız onun özü qurtula bilər - adam olmaq hər kəsin öz əlindədir. Təbii, böyük Yaradan gözünü açsa!
Gör ki, professor Preobrajenski boyda adam belə köpəyi adam eləyə bilməmişdi...
Etimad Başkeçid
Xəbər lenti
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....