İqtisadi rayonların yeni bölgüsü haqqında imzalanmiş fərman cənab İlham Əliyevin tarixi və siyasi uzaqgörəliyinin daha bir nümunəsidir
08 İyul 2021, 16:44
08 İyul
2021
16:44
692
Əli Hüseynli,
Milli Məclisin deputatı
Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2021-ci il tarixli Fərmanı ikinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni reallıqlar fonunda böyük tarixi və siyasi əhəmiyyətə malik hüquqi aktdır.
Bildiyiniz kimi ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra - 1991-ci ildən bu zamanadək Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramıları 10 iqtisadi rayon üzrə həyata keçirilirdi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşən Ağdam və və Füzuli rayonlarının bir hissəsi, keçmiş Dağlıq Qarabağ ərazisinə daxil olan ərazilər və Cəbrayıl, Zəngilan, Qubadlı, laçın, Kəlbəcər rayonları məlum səbəblərə görə bu proqramların təsir dairəsindən kənarda qalmışdılar. Buna baxmayaraq, ötən müddə ərzində digər şəhər və rayonların davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin sosial-iqtisadi potensialı və əhalinin, o cümlədən hər zaman dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatələnən qaçqın və məcburi köçkün ailələrinin rifah halı köklü şəkildə yüksəlmişdir.
Ardıcıl olaraq bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirməklə 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasını şərtləndirən amilə çevrilmişdir.
Hazırda şğaldan azad edilmiş ərazilərin bərpası və ən yeni, müasir standartlar və texnologiyalar əsasında hərtərəfli inkişafının təmin olunması, habelə əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməkdədir. Bu fəaliyyət Prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisi olaraq onun tarixi təşəbbüslərindən qaynaqlanır. Sözügedən Fərmanın imzalanması da bu istiqamətdə atılan addımların ardıcıllığını təsdiq etməklə yanaşı, yeni reallıqların tələblərindən irəli gələn zərurətlə bağlıdır. Sənədin preambulasında deyilir ki, əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi ilə şərtlənir.
Artıq 14 iqtisadi rayondan ibarət formalaşdırılmış yeni iqtisadi ərazi bölgüsündə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını birləşdirən Qarabağ və xüsusilə də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonlarının bu siyahıda yer alması, deyərdim ki, sənədin ən diqqətçəkən müddəalarıdır. Belə ki, tarix boyu Azərbaycan dövlətinin coğrafiyasına daxil olan bu toponimlərin dövlət quruculuğuna dair hüquqi sənədlərdə əks olunması göstərilən məkanların hüquqi baxımdan Azərbaycana məxsusluğu barədə tarixi faktların və əsasların daha da möhkəmləndirilməsinə xidmət edir. Digər tərəfdən, təbliğat baxımından bu sənəd xalqımızın gen və qan yaddaşına hopmuş Qarabağ və Zəngəzur kimi coğrafi ərazilərin tarixi barədə dünya ictimaiyyətinin təsəvvürlərinin doğru-düzgün formalaşmasına sanballı töhvə kimi dəyərləndirilməlidir. Fərmanda tarixi faktlara istinadən göstərilir ki, "Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir”.
Eyni zamanda Qarabağ iqtisadi rayonunun da yaradılmasının zəruriliyi əsaslandıran arqumentlər də sənəddə öz əksini tapmışdır:"Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir”.
Heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərin də əhatə olunması ilə iqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması ölkə üzrə bütövlükdə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini, azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin edəcəkdir.
İqtisadi rayonların yeni bölgüsü haqqında AzərbaycanRespublikası Prezidentinin 7 iyun 2021-ci il tarixli Fərmanı eyni zamanda cənab İlham Əliyevin tarixi və siyasi uzaqgörənliyinin daha bir nümunəsi kimi dəyərləndirilməlidir. Düşünürəm ki, bu hüquqi akt Azərbaycanın Qarabağ Zəfərini rəsmiləşdirmiş 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların mahiyyətinə tam uyğundur və onun maneəsiz reallaşdırılmasına ciddi təkan verəcəkdir.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı