İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada keçiriləcək "Xarı bülbül” musiqi festivalında iştirak edəcəklər.

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezident İlham Əliyev bildirib.

İ.Əliyev qeyd edib ki, Şuşada "Xarı bülbül” musiqi festivalı keçiriləcək:

 

"Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada "Xarı bülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik.

Necə ki, Cıdır düzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına. Yaşasın Azərbaycan”.

 


Xəbər lenti