İctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək- QHT SƏDRİ
26 Oktyabr 2022, 09:35
26 Oktyabr
2022
09:35
308
Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir.
2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı.
Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib.
O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü.
"Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır.
Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.
Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır.
Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər.
Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.
Xəbər lenti
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)