İcra hakimiyyətlərində rüşvət halları niyə azalmır? – “Vəziyyət yaxşı deyil”
05 May 2020, 14:44
05 May
2020
14:44
1582
Azay Quliyev bu gün Milli Məclisin plenar iclasındakı çıxışında diqqəti dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çıxışına çəkib.
7News.Az xəbər verir ki, millət vəkili mühüm təkliflə çıxış edib:
Cənab Prezident mayın 1-də baş prokuroru qəbul edən zaman neqativ hallarla, xüsusilə korrupsiya və rüşvətxorluqla effektiv mübarizədə vətəndaşlar tərəfindən ictimai nəzarətin tətbiq olunmasının vacibliyini və önəmini bir daha xatırlatdı.
Əsas sual da budur:
Gəlin, görək ictimai nəzarət mexanizmi nədən ibarətdir və bundan necə istifadə olunur. Bilirsiniz ki, Avropada ən yaxşı ictimai nəzarət mexanizmini özündə ehtiva edən örnək hüquqi bazalardan biri, bəlkə də birincisi məhz 2013-cü ildə "İctimai İştirakçılıq haqqında” qanunu qəbul etməklə Azərbaycanda yaradılıb.
Qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdi.
Təəssüflər olsun ki, bu qanun tətbiqində ciddi problemlər mövcuddur
Birinci heç də bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları belə bir nəzarət mexanizminin yaradılmasında maraqlı görsənmirlər.
Qanunun tələbinə baxmayaraq keçən 7 ildə 33 mərkəzi icra hakimiyyəti orqanından yalnız 11-də ictimai şura yaradılıb.
Yerli icra hakimiyyəti orqanında isə vəziyyət heç yaxşı deyil. 80 yerli icra hakimiyyəti orqanının yalnız 5-də ictimai şura təsis olunub.
Mən yerli özünüidarəetmə orqanlarından heç danışmıram. Bələdiyyələrdə ümumiyyətlə bu haqda təsəvvür belə yoxdur. Ona görə də bu gün həmin qurumların fəaliyyətinə effektiv ictimai nəzarəti tətbiq etmək mümkün deyil.
Nəticədə şəffaflıq və real hesabatlılıq arxa plana keçir. Problemləri qabaqcadan önləmək mümkün olmur. Bu cəhətdən 4 rayonun icra başçılarının düşdüyü biabırçı vəziyyətin hamımız şahidi olduq.
Bu baxımdan ictimai nəzarət mexanizminin tətbiqi dövlət məmurlarının birbaşa marağında olmalıdır və onlar ictimai şuraların yaradılmasından çəkinməməli və qanunun tələb etdiyi kimi bu qurumu yaratmalıdırlar.
İkinci problem mövcud ictimai şuraların yaradılması və onların fəaliyyəti ilə bağlıdır. Əlbəttə ictimai şuraları yaradan bütün qurumların rəhbərlərinə təşəkkür etmək lazımdır. Lakin bəzi ictimai şuraların yaradılmasının mənasını başa düşmək çətindir.
- Belə ki, bir sıra ictimai şuralar formal olaraq yaradılır, yəni müvafiq icra hakimiyyəti özünə yaxın və loyal QHT-lərdən ibarət sanki bir alt qurum və ya lobbi qrupu formalaşdırır. Belə halda onlar necə ictimai nəzarəti həyata keçirə, nöqsanları ictimailəşdirə və ya problemlərin həlli üçün təkliflər verə bilər.
- Bundan başqa bəzi nazirliklər ictimai şura üzvlərinə qrant verirlər. Bu da doğru deyil və ən azından ictimai iştirakçılıq haqqında qanunun 6.7-ci maddəsinin pozulmasına, maraqların münaqişəsinə və dövlət qurumundan şura üzvlərinin asılı olmasına gətirib çıxarır. Bu da ictimai nəzarətin mahiyyətinə və fəlsəfəsinə tamamilə ziddir.
- İctimai Şuraların bir çoxu nə illik hesabat verir, nə ictimai dinləmə və müzakirələr keçirir, nə də yanında fəaliyyət göstərdiyi qurumun işinin təkmilləşdirilmsi və problemlərin həlli istiqamətində təkliflər verir və yaxud hər hansı bir tənqidi hesabatlar lazırlayırlar. Buna görə də bu cür ictimai şuraların varlığı hiss olunmur.
- Bir də ictimai şuraların üzvlüyünə seçkilər şəffaf və rəqabət şəraitində keçirilməlidir ki, ora müstəqil və peşəkar şəxslər seçilə bilsinlər”.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"