“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”

“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
"Oqtay Güləliyevin ani bir bəxtsizlik, ehtiyatsızlıq nəticəsində qəza keçirdiyi bəllidir. Eyni zamanda o da bəllidir ki, Azərbaycan dövləti, mövcud iqtidar onun sağalması, həyatda qalması üçün bütün mümkün addımları atıb. Amma nə yazıq ki, radikal müxalifətin bəzi ünsürləri, azğın qaraguruhun təmsilçiləri yenə də məlum məsələdə hakimiyyəti günahkar çıxarmağa çalışırlar, absurd şəkildə ittihamlar səsləndirirlər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ayıbdır. Gerçəkdən ayıbdır! Əli Kərimli kimi, Tofiq Yaqublu kimi siyasət iblisləri inkişafımızı görmədilər, Qarabağ uğuruna sevinmədilər, hər zaman erməni təəssübkeşi kimi çıxış etdilər, barı bu məsələdə susqun qalsınlar, iftira söyləməsinlər. Çünki sərgilədikləri fəaliyyət, apardıqları təbliğat kənardan çox iyrənc görünür! İnanılmaz iyrənc...

Hər şeyin bir həddi var. Belə olmaz. Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, şərəfsizlikdir, ləyaqətsizlikdir!” – deyə partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti