Hesablama Palatası QHT-lərdən çay-kofe içən şəxslərin foto şəklinin tələb olunası ilə bağlı məsələyə münasibət bildirdi

Hesablama Palatası QHT-lərdən çay-kofe içən şəxslərin foto şəklinin tələb olunası ilə bağlı məsələyə münasibət bildirdi
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov APA-ya müsahibə verib. 
 Vüqar Gülməmmədov "Palatanın tövsiyəsinə əsasən QHT-lərə verilən qrantlar üzrə layihələrə nəzarət həddən çox artırılıb. Tədbirlərlə bağlı çay-kofe içən şəxslərin belə foto şəkli tələb olunur" sualına münasibət bildirib.

"Təbii ki bu təhrif edilmiş informasiyadır. Palata heç bir kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətini və ya istifadə etdiyi dövlət vəsaiti üzərində formalaşdırdığı monitorinq işini tənzimləyəcək göstəriş və ya tələb müəyyən etmir. Qanunda belə bir səlahiyyət müəyyən edilməyib. Aparılan auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir (beynəlxalq tədbirlərdə də belə hallar var), xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirli cümlə ilə rəsmiləşir. Ümumiyyətlə tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır. Vəsaitlərin istifadəsini təsdiq edən sənədlərin, o cümlədən, foto, video şəkillərin olması tələbi Agentliyin hesabatlıqla bağlı inzibatçılığı müəyyən edilir. Bu da səbəbsiz deyil, qrant vəsaitinin, xüsusilə, dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etmək mütləqdir."

Xəbər lenti