Həbsdə olan jurnalist: "Bəraət alsam da, Appelyasiya Məhkəməsi qanunsuzluq edərək məni həbs etdi" - Prezidentə müraciət
03 İyun 2022, 17:42
03 İyun
2022
17:42
759
Bakı Appelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən jurnalist və ictimai fəal Zaur Mirzə-zadə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Müraicətdə deyilir:
Möhtərəm Cənab Prezident!
Yazıb diqqətinizə çatdırıram ki, mən Mirzə-zadə Zaur Rəfail oğlu 05.05.1980-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildən aktiv ictimai fəaliyyətlə məşğul olmuşam. "Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzinin təsisçisi və direktoru, eyni zamanda Xalq.az, rus dilində yayımlanan Bakutime.az xəbər portallarının təsisçisi və baş redaktoruyam.
Bütün fəaliyyətim dövründə ulu öndər Heydər Əliyevin və sizin rəhbərliyiniz altında həyata keçirilən dövlət siyasətini müdafiə etmişəm. Hətta bu fəaliyyətimə görə, dəfələrlə müxalif cəbhənin ağır tənqid və təhdidlərinə məruz qalmışam. Hesab etmişəm və bu gün də hesab edirəm ki, ölkəmizin əldə etdiyi bütün uğurlar məhz ulu öndər Heydər Əliyevin və sizin sayənizdə mümkün olub. 44 günlük vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfər də bunun bariz nümunəsidir. Qeyd edim ki, həm vətən müharibəsi, həm də koronavirus pandemiyası dövründə ictimai xeyriyyə aksiyalarının fəal iştirakçılarından olmuşam.
Möhtərəm Cənab Prezident!
Bir müddət öncə dostluq münasibətində olduğum, Dövlət Əmlak Komitəsinin keçmiş əməkdaşı Aygün adlı xanımın ucbatından tanımadığım şəxslər tərəfindən böhtana məruz qalmışam. Sonradan məlum olub ki, keçmiş dostum bir qrup işbazla əlbir olub və Qurbanov Sultanəli Tahir oğlunun vəsaitini ələ keçiriblər. Vəziyyətin qəlizləşdiyini və həbs təhlükəsi ilə üzləşəcəyini dərk edən Aygün əldə etdiyi pulları mənə verdiyini bəyan edib. Halbuki mənim ümumiyyətlə bu məsələlərə aidiyyatım olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə hakimlər İlham Mahmudov və Faiq Qəniyev tərəfindən 2021-ci ilin noyabr ayında iddiaya hüquq baxış zamanı günahsızlığım sübut olunub. Məhz elə bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bəraət hökmü almışam. Lakin sonradan iddiaya Bakı Appaleyasiya Məhkəməsi tərəfindən baxış keçirildi və qanunsuz olaraq 17.05.2022-c il tarixdə barəmdə beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olundu. Məhkəmə zalında həbs edildim və hazırda dustaq həyatı yaşayıram. Maddi maraq qarşısında Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov barəmdə qanunsuz qərar çıxarsa da, Aygün adlı şəxsi azadlıqda saxladı. Bununla da mənim konstusion hüquqlarım pozuldu. Üç körpə övladım isə atasız yaşamaq məcburiyyətində qaldı. Məhkəmədən dərhal sonra mətbuat orqanlarında barəmdə saxta xəbərlər tirajlanmağa başladı. İddia olunurdu ki, guya mən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən şərti cəza almışam. Əslində isə bəraət hökmü almışdım. Qafqazinfo.az portalına ötürülən və oradan bütün mətbuat orqanlarına yayılan bu xəbərin tirajlanmasında əsas məqsəd əsas cinayətkarları gizlətmək, məni şərləmək və Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun qanunsuz əməllərini ört basdır etmək idi.
Möhtərəm Cənab Prezident!
Bütün fəaliyyətim boyunca dövlətə və dövlətçiliyə xidmət etmişəm. Sizin fəal təbliğatçınız olaraq aktiv ictimai fəaliyyət göstərmişəm. Azərbaycan və rus dillərində nəşr olunan xəbər portallarının rəhbəri, ictimai birlik sədriyəm. Üç körpə övladım atasız yaşamaq məcburiyyətində qalıb.
Barəmdə çıxarılmış qanunsuz qərarın ləğv edilməsini, maraq qarşısında Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmünü beş il həbs cəzası ilə əvəz edən Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun barəsində tədbir görülməsini xahiş edirəm.
İnanıram ki, mənim qanunsuz həbsimlə bağlı Azərbaycanda növbəti məhkəmə instansiyası ədalətli qərar çıxaracaq. Məni şərləyərək üç övladımı atasız, ailəmi başsız qoyublar. Ona görə də azadlığım üçün sona qədər mübarizə aparacağam.
Cənab Prezident, əminəm ki, harayıma səs verəcəksiniz! Mən dövlətimizim ədalətinə inanıram!
Dərin hörmətlə: Sizə inanan və sizi sevən Zaur Mirzəzadə
Xəbər lenti
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
SİYASƏT
Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
SİYASƏT
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib