Güclü Azərbaycan Qərbin “yuxusunu qaçırır” - səbəblər

16 Oktyabr 2024, 11:52
16 Oktyabr
2024
11:52
153
Onlara Cənubi Qafqazda müstəqil, suveren, güclü dövlətlər deyil, asılı, əmrlərini sözsüz yerinə yetirən siyasətçilər lazımdır...
"ABŞ və Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş, güclü, demokratik dövlətlərin olmasını istəmirlər. Onlara müstəqil, suveren, güclü dövlətlər deyil, onlardan asılı, əmrlərini sözsüz yerinə yetirən ölkələr və bu ölkələrin də başında duracaq siyasətçilər lazımdır”.
Aktual.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində gürcü politoloq Levan Mamaladze deyib.
Politoloq deyib ki, ABŞ və Qərbin Cənubi Qafqazda söz sahibi olmaq niyyəti təkcə Gürcüstana təzyiq göstərməklə bitmir: "Onlar Azərbaycana da eyni cür təzyiq edirlər. Azərbaycanın torpaqları işğal altında olanda yalnız quru bəyanatlar verməklə kifayətlənən bu güclər öz torpaqlarını işğaldan azad etdikdən sonra yenidən əsl simalarını göstərməyə başladılar. Yəni bu gün Azərbaycan da sanksiyalara, təzyiqlərə məruz qalan ölkədir. Lakin Azərbaycan heç kimə baş əymədən müstəqil siyasət yürüdür, inkişaf edir. Gürcüstan da bu yolu tutub, sübut etməyə çalışır ki, müstəqil dövlətdir və özü öz ayaqları üstündə durmağı bacarır”, - deyə o bildirib.
"ABŞ-da bir çox hakimiyyət nümayəndəsi daxili resurslarla, inkişafla, dayanıqlı maliyyə-iqtisadi sistemlə özünü təmin edə bilən güclü və nüfuzlu dövlətləri sevmir. Çünki bu dövlətlər manipulyasiyaya və təzyiqlərə tabe olmurlar. Məhz buna görə də güclü, özünə inamlı Azərbaycan Qərb qlobalçıları arasında ciddi narahatlıq yaradır. Bu səbəbdən də belə hücumlar baş verir”.
Bunu isə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bir sıra amerikalı konqresmenlərin Azərbaycanın əleyhinə müxtəlif sanksiya təşəbbüslərini Cebhe.info.az-a şərh edərkən belə deyib. Korotçenkonun fikrincə, bu cür təşəbbüslər nə birinci, nə də sonuncudur: "Azərbaycan üçün ən əsası dayanıqlı inkişaf yolunu saxlamaqdır ki, bu da hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir”. Politoloq qeyd edib ki, bu gün Azərbaycan qlobal trendləri müəyyən edir: "Bakıda Beynəlxalq İqlim Sammiti COP29-un keçirilməsi gözlənilir. Azərbaycan bəlkə də milyardlarla insanın diqqətini cəlb edən bir ölkə olacaq. Çünki qlobal istiləşmə ilə mübarizə, sivilizasiya və planetin gələcəyi hər bir insanı maraqlandırır. Bu dövrdə Bakı de-fakto dünyanın mərkəzi, dünya paytaxtı olacaq, orada aparıcı dünya liderləri, ekspertlər, analitiklər iştirak edəcək və son dərəcə əhəmiyyətli qərarlar qəbul olunacaq. Buna görə də Azərbaycanın daxili və xarici siyasətinin uğurları dostlarını sevindirir, düşmənləri isə qəzəbləndirir”.
"Azərbaycan bu gün ərazi bütövlüyünü bərpa edib, regionda güclü dövlətə çevrilib”.

Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva Modern.az-a deyib. Onun sözlərinə görə, Azərbaycanı sevən dövlətlər də var, qəbul etməyən dövlətlər də: "Xüsusilə də Qərbin, Amerika Birləşmiş Ştatlarının və Fransanın təzyiqini görürük. Azərbaycan sürətli inkişaf yolundadır. Ölkəmiz COP29 kimi böyük bir tədbir öncəsində dünyaya Qarabağ və Şərqi Zəngəzur timsalında yaşıl enerji zonası təqdim edir. Ölkəmiz dünyaya pandemiya dövründə bir cür, bu gün isə başqa cür nümunədir. Qoşulmama Hərəkatında az inkişaf etmiş ölkələrə dəstək olmaq üçün çalışan Azərbaycan burada da nümunə idi. Təbii ki, bunlar Qərbi narahat edəcək. Qərb çalışacaq ki, Azərbaycanı gücdən salsın. Belə bir şəraitdə hamımızın qarşısında duran vəzifə milli təhlükəsizliyin təmin olunmasıdır”.
Qərb niyə Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir? Güclü Azərbaycan Qərbin niyə "yuxusunu qaçırır”?
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev "Yeni Müsavat”a açıqlamasında Qərbin "ağalıq” etmək siyasətinin bəhrə verməyəcəyini bildirdi: "İlk öncə onu qeyd edim ki, Qərb uzun illər bütün dünyada, eyni zamanda bizim yerləşdiyimiz regionda "pambıqla baş kəsmək" siyasəti yürüdüb və üzdə özünü həmişə ümumbəşəri dəyərlərin carçısı kimi göstərsə də əslində ən böyük qanların, müharibələrin, toqquşmaların səbəbkarı olub. Üstəlik, bu münasibət hamıya qarşı eyni qəddarlıqla, eyni ssenari ilə, eyni formatda sərgilənib. Elə ancaq yaxın keçmişə nəzər salmaq yetərlidir ki, bəzi faktlar və bəşəriyyət üçün qorxunc sayılan, dövlətləri, millətləri illər boyunca inkişafdan saxlayan tarixi epizodlar gözlərimiz önündən keçsin: "Narıncı inqilablar” kimin təşəbbüsü idi? - Əlbəttə ki, Qərbin. "Ərəb baharı”necə? Təbii, o da Qərbin. Hazırda dünyanın dörd bir yanında münaqişə ocaqlarını yaradan kimdir? - Birmənalı, Qərb! Mövcud Ukrayna kimin "əsər”idir? - Yenə də Qərbin!
Əlqərəz, nə "pislik daşı” görürsən və qaldırırsan, altından Qərb çıxır. Amma ağızlarını açanda bülbül kimi ötürlər ki, insan hüquq və azadlıqları elə getdi, demokratiya belə gəldi... Hamısı da yalandan.
İndi də gözlərini dikiblər Cənubi Qafqaza. Bir gün Azərbaycanı hədələyirlər, o biri gün Gürcüstanı. Ki, mənim qılıncımın altından keçin, mənə tabe olun, dünyanın ağsaqqalı kimi məni qəbul edin, mən deyənlə oturub-durun. Xeyir ola? Niyə? Nə səbəbə? Sən axı kimsən ki, tabeçilik göstərək? Sənə kim bu haqqı, ixtiyarı verib ki, ağlından və beynindən keçən hər kəsi öz vassalına çevirməyə çalışırsan? Sənin nə həddinədir ki, bizi sorğulayasan, üzərimizə gələsən, məsləhət verəsən? Zatən müharibədən əvvəl də, müharibənin gedişində də, müharibədən sonra da ədalətli olmaq əvəzinə bizə bütün pislikləri etdiniz, BMT-nin qətnamələrini uzun illər havada uçurdunuz, işğalçıya gözün üstə qaşın var demədiniz, 30 il boyunca mürgü vurdunuz. Və nəticədə özünüz də gördünüz və şahidi oldunuz ki, Azərbaycan kimsənin köməyi olmadan, üstəlik, bir çox riyakarlarla eyni anda vuruşaraq qalib gəldi, suverenliyini bərpa etdi. Etdi və paralel olaraq həm də çoxlarının maskasını yırtdı, bir sıra qlobal güclərin əsl sifətini, xislətini hamıya göstərdi. Ən nəhayət sübut etdi ki, demokratiyadan danışan bəziləri əslində ən böyük diktatormuş, sülhdən danışan bəziləri əslində ən böyük qaniçən imiş, yalançıymış!
Ona görə də indi kimsə bizimlə başından böyük danışmasın və ritorikasına, leksikonuna, davranışına fikir versin. Azərbaycan hazırda regionun ən böyük gücüdür və bu güclə hamı hesabaşmalıdır. İstəsə də, istəməsə də, xoşuna gəlsə də, gəlməsə də".

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının sözlərinə görə, Qərb ölkələri, xüsusilə ABŞ və Fransa Azərbaycana qarşı münasibətdə heç vaxt səmimi olmayıb: "İkinci Qarabağ müharibəsində erməni işğalı və separatizmi üzərində əldə olunan qələbədən sonra ölkənin xarici siyasətində böyük uğurlar əldə edilib. Bu nailiyyətlər özünü Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlarda ifadə edir. 2020-ci ilə kimi Azərbaycanın xarici siyasət prioritetlərinin əsasında Ermənistan tərəfindən torpaqlarımızın işğalını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və prosesə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yanaşılmasına nail olmaq idi. Tarixi zəfərimizdən sonra isə qələbənin nəticələrini regionda və beynəlxalq müstəvidə rəsmiləşdirmək əsas istiqamətlərdəndir. Bu həm də Azərbaycanın xarici siyasətində vizyon dəyişikliyini özündə ehtiva edirdi. Ona görə də rəsmi İrəvan və Azərbaycanın regionda yeni reallıqları qəbul etmək istəməyən kollektiv Qərbin, xüsusilə Vaşinqton və Parisin beynəlxalq səviyyədə təsbit edilməsinə qarşı dayanmadan ən müxtəlif yollarla təsir etməyə çalışırlar. Digər tərəfdən, Azərbaycanın enerji sahəsində təşəbbüslərinin güclənməsi və alternativ enerji mənbələrinin diversifikasiyasını beynəlxalq səviyyədə dəstəkləməsi Qərb ölkələrinin enerji siyasətində köklü dəyişikliklərə ciddi təsir göstərə bilər. Bütün bu amillər kollektiv Qərbin Azərbaycana qarşı düşmənçilik həddinə çatan ədalətsiz münasibətlərinin başlıca qaynaqları kimi qəbul edilə bilər”
Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
SİYASƏT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
SİYASƏT
Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
SİYASƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
SİYASƏT
"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
SİYASƏT
Siyasi birlik və həmrəylik nümunəsi
-
SİYASƏT
"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
SİYASƏT
Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO