Gender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb
21 Noyabr 2022, 14:37
21 Noyabr
2022
14:37
281
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən "Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika” mövzusunda təşkil edilmiş dəyirmi masada gender yönümlü pedaqogika üzrə hazırlanmış təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb.
Aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir layihə çərçivəsində hazırlanan gender pedaqogikası üzrə məzmunun pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin kurikulumuna inteqrasiyasını təşviq etmək məqsədilə həyata keçirilib.
"Regional İnkişaf” İctimai Birliyinin "Genderə həssas məktəblərin təşviqi” layihəsinin rəhbəri Zərifə Məmmədli çıxış edərək, ölkədə təhsil sahəsində görülən işlərə dəstək məqsədilə İctimai Birliyin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirdiyi layihələrdən danışıb, bu tədbirlərin davamı olan bugünkü müzakirələrin əhəmiyyətinə diqqət çəkib. Z.Məmmədli layihə çərçivəsində ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə bacarıqlarının artırılması, məktəb icması və geniş ictimaiyyət arasında gender məlumatlılığının artırılması istiqamətində görülən işlər haqqında məlumat verərək, müvafiq tədris proqramlarına inteqrasiyası nəzərdə tutulan materialların təhsil müəssisələrində genderə həssas mühitin təkmilləşdirilməsində faydalı olacağına inandığını bildirib.
Təhsil İnstitutunun Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova diqqətə çatdırıb ki, genderə həssas və keyfiyyətli təhsil sisteminin yaradılması yolunda ən effektiv vasitələrdən biri təhsil proqramlarının xüsusi kontekstə və ehtiyaclara uyğunlaşdırılması və müvafiq hədəf qruplarının təlimləndirilməsidir. Layihə çərçivəsində hazırlanan gender yönümlü pedaqogika məzmunu genderə həssas təhsil mühitinin formalaşması, müəllimlərin genderə həssas metodologiyalar barədə məlumatlılığının artırılmasında vacib əhəmiyyətə malikdir. Həmçinin hazırlanan məzmunun pedaqoji təhsilin kurikulumuna inteqrasiyası istiqamətində aparılan işlər, təcrübələr və bu sahədə atılacaq addımlar barədə də tədbir iştirakçılarına məlumat verilib.
Layihə üzrə əsas tərəfdaş universitetlərdən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında sosial həyatın bütün istiqamətlərində, xüsusilə də təhsil sahəsində gender bərabərliyinin təmin olunmasının mühüm əhəmiyyət daşıdığına diqqət çəkib. Xüsusilə də öyrənmə prosesində keyfiyyətin yüksəlməsi üçün gender pedaqogikasının əhəmiyyətli rolu, bu baxımdan ənənəvi pedaqogikadan gender pedaqogikasına keçid və genderə həssas mühitin formalaşdırılmasının vacib şərt hesab olunduğunu qeyd edib.
Daha sonra təhsildə genderə həssas mühitin yaradılması və bu sahədə görülən işlər, gender pedaqogikası üzrə məzmunun tədris kurikulumuna inteqrasiyası yolları və atılacaq növbəti addımlar barədə ətraflı müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq təhsil siyasətindəki bərabərlik prinsipinin diqqətdə saxlanması, orta təhsil müəssisələrində gender bərabərliyinin təşviqi üçün pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi, müəllimlər üçün ixtisasartırma təhsilində gender pedaqogikasının proqrama daxil edilməsi, dərsliklərin qiymətləndirilməsi zamanı gender aspektinin nəzərə alınması, məktəbəqədər təhsildə də gender yönümlü pedaqogikanın tətbiqi, həmçinin gender pedaqogikası ilə bağlı müəllimlərin təlimləndirilməsində ali təhsil müəssisələrinin "Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlığının genişləndirilməsi və digər vacib məsələlərlə bağlı təkliflər qeydə alınıb.
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib