Gənclər Paytaxtı - 2023 çərçivəsində "Dostluq Kuboku" adlı intellektual yarış keçirilib

Gənclər Paytaxtı - 2023 çərçivəsində
Gənclər Paytaxtı -2023 çərçivəsində Mingəçevir Gənclər Evi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə "Dostluq Kuboku" adlı intellektual yarış keçirilib. "Nə? Harada? Nə zaman?" formatında baş tutan yarışda 10 komanda (Legends, Mingəçevir, Cordyceps, Sonuncu Legion, XLV Legion, Gəncə, Dorian, Qartal, Şıxlinski, Vikinqlər) iştirak edib. 
Yarış zamanı iştirakçılar öz biliklərini yoxlayıblar. Suallar isə əsasən ümumi dünyagörüşə aid olub. İki mərhələdən ibarət olan yarışda hər mərhələ üzrə 12 sual səsləndirilib. 2 saat davam edən yarış "Mingəçevir" komandasının qalibiyyəti ilə başa çatıb. "Gəncə" komandası II yer, "Legends" komandası isə III yerin sahibi olub. Qalib komandalar kubok, sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.  
Qeyd edək ki, İntellektual yarışların məqsədi gənclərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək və inkişaf etdirməkdir.
Gənclər Paytaxtı - 2023 çərçivəsində bu kimi tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti