“Fəaliyyətini xaricdən gələn tezislərlə müəyyənləşdirənlər heç bir zaman öz xalqının marağını ifadə edə bilməzlər!” – DEPUTATDAN SƏRT SÖZLƏR....

“Fəaliyyətini xaricdən gələn tezislərlə müəyyənləşdirənlər heç bir zaman öz xalqının marağını ifadə edə bilməzlər!” – DEPUTATDAN SƏRT SÖZLƏR....


"Açığı, mən son vaxtlar İlqar Məmmədovun isterikasını anlamaqda çətinlik çəkirəm. Adam həqiqətən adekvat deyil, nə istədiyini, nə danışdığını bilmir və görünən budur ki, siyasi müvazinətini də tamamən itirib.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İlqar Məmmədov elə spekulyativ fəaliyyət sərgiləyir, elə məntiqdən kənar açıqlamalar verir ki, bəzən hətta onun ümumiyyətlə siyasətçi olduğuna belə şübhə ilə yanaşmalı olursan. Ən qəribəsi isə budur: ətrafında olan, qərarlaşan hər kəs, bütün partiyadaşları bu adamın yanlışlarını, yalanlarını, söylədiyi mənasız fikirləri kompensassiya eləməklə məşğuldur. Hərgah, əslində tərsinə olmalı idi. Məntiqlə o qorumalı idi ətrafındakıları, ətrafındakılar onu yox.

İlqarın ucbatından "ReAl”da "yarpaq tökümü” başlayıb. Hamı artıq bu populist insandan uzaqlaşır və yəqin ki, proses get-gedə məlum istiqamətdə də irəliləyəcək.

İlqar öz adını azərbaycanca yaza bilməyən, feysbuk statuslarını yüz adamın köməyindən və tövsiyyəsindən sonra paylaşa bilən biridir. Fəqət, bununla belə, yenə də bacarmır. Və bacarmadıqca dirəşir. Dirəşdikcə ucuzlaşır. Ucuzlaşdıqca daha da aqressivləşir.

İlqar əmr quludur. Onun fikri səfirlikdə, Avropa Şurasında ştatlı işdə çalışdığı vaxtlarda qalıb. Elə bilir, partiya da o fason bir şeydir. Amma kökündən yanılır! Bu səbəbdən də siyasətçi obrazında "canlı” açdığı zaman 35 nəfərdən artıq  izləyicisi olmur, kimsə onu ciddiyə almır, hamı İlqara gülüş obyekti kimi yanaşır.

Hesab edirəm, bu adam siyasətdən getməli, ən azından öz yerini başqa bir partiyadaşına dövr etməlidir. Çünki həqiqətən artıq cəmiyyətdə qıcıq doğurur, özünü günü-gündən rüsvay edir və mənasız, sərsəm açıqlamaları ilə "siyasət” adına xələl gətirir.

Böyük işlər, böyük danışıqlar, böyük müzakirələr İlqarlıq deyil. Düzdür, zaman-zaman "siyasi dialoq” formatında İlqarla da söhbətlər aparıldı, İlqara da şərait yaradıldı ki, fundamental fikirləri varsa diqqətə çatdırsın. Amma özünü Avropanın, hansısa qurumun hələ də "ştatdan kənar, ictimai əsaslarla çalışan” işçisi kimi hiss edən İlqar sona qədər anlamadı ki, məlum təşəbbüs onun gücünə və ya nüfuzuna görə deyildi. Həmin təşəbbüs dövlətin bütün siyasi sektora yönəllmiş bir təşəbbüsü idi və demokratik islahatların daha da dərinləşməsi məqsədini güdürdü.

Belələri islah olmur. Belələri Azərbaycan siyasətinə sırtıqcasına yapışmış qara ləkələrdir. Çünki fəaliyyətini, açıqlamalarını xaricdən gələn tezislərlə formalaşdıranlar heç bir zaman öz xalqının maraqlarını qoruya, ifadə edə bilməzlər.” – deyə Partiya sədri fikirlərinə davam edib

Xəbər lenti