Ermənistanda güclü partlayış olub

Ermənistanda güclü partlayış olub
Ermənistanın Vardenis şəhərindəki "Banavan”mağazasının yanında güclü partlayış olub.
ShushaPost.az erməni KİV-nə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, partlayıcı qurğu işə salınıb. 

Ermənistanın İstintaq komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Lakin ciddi dağıntılar var. Partlayışın gücündən mağaza ilə yanaşı, ətraf küçələrdəki yaşayış mənzillərinin də pəncərə şüşələri sınıb. Polis partlayışın terror aktı olması versiyasını nəzərdən keçirir. 

Qeyd edək ki, Nikol Paşinyan baş nazir seçildikdən sonra Ermənistanda aksiyalara ara verilməyib. İndi də sosial durumu ağır olan, əhalinin yoxsulluq içində yaşayan təbəqəsi, həmçinin Ermənistan ordusunda qeyri-döyüş şraitində ölən əsgərlərin anaları etiraz aksiyası keçirirlər. 

Ekspertlərin fikrincə, ölkənin güc srukturlarında rəhbərliyin dəyişdirilməsi heç də gözlənildiyi kimi asayişin və təhlükəsizliyin qorunmasında hələ ki, effekt göstərməyib. Son zamanlar xaricdən yüzlərlə "vor zakon”ların gəlməsi nəzərə alınsa, Ermənistanda cəmiyyət də kriminallaşacaq. 

Xəbər lenti