Erməni baş prokurorun Xankəndiyə müəmmalı gəlişi...

Erməni baş prokurorun Xankəndiyə müəmmalı gəlişi...
Ermənistanın baş prokuroru Artur Davtyanın Xankəndinə qanunsuz səfəri, baş separatçı Araik Arutyunyanla görüşü narahatlıq və haqlı cavab tələbi yaradır: rəsmi Bakının etirazlarına rəğmən İrəvandan Qarabağa səfərlər davam edir; sülhməramlılar Laçın dəhlizindən Bakının icazəsi olmadan istədiklərini buraxırlar;

Bu məsələyə yenidən aydınlıq gətirilməsi vacibdir, hərçənd, Davtyanın Xankəndinə gəlişi və Araiklə görüşündə diqqət çəkən bir detal var: fotonun yoxluğu.

Erməni KİV-lər bu səfərlə bağlı xəbərləri iki görüntü ilə yayır: Davtyanın tək fotosu və müharibədən öncəyə aid olan görüş fotosu.

Və bu, bəzi şübhəli məqamları önə çıxarır:
- Davtyanın Xankəndinə səfəri erməni ictimai rəyi üçün təbliğat xarakteri daşıyır: separatçı rejim mövcuddur. O zaman, niyə görüşdən heç bir foto yoxdur?
- Davtyan Xankəndində Araiklə görüşürsə, mütləq bunu fotokameralarla "əbədiləşdirərdilər”: görüş olmayıbmı, erməni baş prokuror Xankəndində olubmu, foto niyə çəkilməyib?
- Bu gün Araik İrəvanda Nikol Paşinyanın qəbulunda olub və infrastruktur məsələlərini müzakirə edib: bəs, Davtyanla Xankəndində nə vaxt görüşüb?

Bu suallar fonunda iki ehtimal önə çıxır:

1. Davtyanın Xankəndinə gəlişinə şərait yaradan ruslar rəsmi Bakının etirazına zəmin yaratmamaq üçün fotofaktın olmamasını istəyiblər: cavab tələb olunduqda, belə bir görüşün erməni təbliğatı olduğunu deyə bilərlər;
2. Erməni baş prokurorun Xankəndinə səfərinə icazə verilməyib, "görüş” telefon vasitəsilə keçirilib və görüşün olduğu haqda informasiya istehsal edilib: Bakının Ermənistandakı daxili siyasi mübarizə fonunda Paşinyan hakimiyyətinin belə təbliğatına səssiz qalmasının perspektivə hesablanmış səbəbləri var;

İki məqam ikinci ehtimalı gücləndirir: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması; ardınca fransalı jurnalsitlərin Bakının icazəsi olmadan bölgəyə buraxılmaması;

Görüşlə bağlı fotonun olmaması kiçik, amma vacib detaldır./demokrat.az

Xəbər lenti