“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib

“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
"Azərbaycan Maarifçi Gənclər Təşkilatı” Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirmişdir.
Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecində təşkil edilmişdir. Layihənin başlıca məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını  gənclərə aşılamaqdır.
Tədbirlərdə gənclərə layihə məlumatları olan köynəklər və papaqlar, hədiyyələr təqdim olundu. Layihə çərçivəsində 10 qrup olmaqla 100 nəfər gənc maarifləndirildi.
 
 




 

 

Xəbər lenti