Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu

Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə və "Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 Avqust 2024-cü il tarixində Laçın şəhərində "Laçın şəhəri günü” qeyd edildi. Keçrilən tədbirlər çərçivəsində əslən laçınlı Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olunmuşdur. Bu layihədə ecazkar təbiətə malik olan Laçın torpağında, Həkəri çayının sahilində Azərbaycan xalçaçılığının inkişaf mərhələləri və Qarabağın dünəni və bugünü adlı foto guşə yaradılmışdır. Tədbirdə həmçinin müəllifin laçın şəhərində toxunulan Türkiyə və Azərbaycan dostluğunu tərənnüm edən "Bir millət, iki dövlət” adlı xalçanın təntənəli kəsim mərasimi də baş tutmuşdur. Tədbirdə müəllifin digər əsəri, analoqu olmayan  "Ata vəsiyyəti – oğul zəfəri” adlı xalçasının təqdimatı da baş tutdu. Xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunulmuş bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Birinci hissədə böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin gələcəyin qətiyyətli lideri İlham Əliyevə vəsiyyəti, ikinci hissədə isə artıq böyük zəfər qazanan oğulun ata vəsiyyətini yerinə yetirməsi təsvir olunub.
 
 


Xəbər lenti