“Əli Kərimli terror günü toyda şıdırığı rəqs edirdi...” - PARTİYA SƏDRİ

“Əli Kərimli terror günü toyda şıdırığı rəqs edirdi...” - PARTİYA SƏDRİ
"Azərbaycanın İrandakı səfirliyində terror baş verən günü Arif Hacılının oğlunun toyunda şıdırığı rəqs etməyi qalsın bir yana, hələ ardınca siyasi partiyalar haqqında qanunu "rəfiqəsi” Sevinc Osmanqızının verilişində müzakirəyə çıxaran, həmin qanunu aşağılayan və baş vermiş terror haqqında bircə kəlmə belə danışmağı, İranı qınamağı özünə rəva bilməyən Əli Kərimli bütün bu hərəkətləri ilə bir daha sübut etdi ki, o siyasətçi deyil, siyasi qolçomaqdır. O, yaramaz bir ünsürdür, agentdir və anti-milli fəaliyyətlə məşğul olan vətən xainidir!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bəli, məhz həmin gün. Bütün manşetlər, bütün gündəm terrordan bəhs etdiyi an Əli Kərimli toyda tullana-tullana, tərləyənə qədər oynadı. Toydan çıxan kimi də canlı yayıma qoşuldu, yenə əsas mövzudan yayındı və heç bir əks arqument göstərmədən, göstərə bilmədən siyasi partiyalar haqda yeni qəbul olunan qanunu qaraladı, lənətlədi, mürtəce adlandırdı.

Halbuki, əsl mürtəce olan Əli Kərimlinin simasıdır, quruluşudur, təfəkkürüdür. Bir də yanındakılara göstərdiyi yoldur, istiqamətdir. Üstəlik, həm də bir addımlığındakıların elə özüdür. Baxırsan, Tofiqə, Seymura, Fuada, dəhşətə gəlirsən! Birinin baxışında, gözlərində ziyalılığın "z”sından, mədəniyyətin "m”sından əsər-əlamət yoxdur. Elə bil 40 illik, 50 illik ömürlərini günəgün "Safari”də keçiriblər, sanki "jungle”dən normal həyata yenicə transfer olublar.

Qorxurlar yeni qanundan. Bilirsizmi niyə qorxurlar? Çünki öz kəramətlərinə bələddirlər. Anlayırlar ki, ətraflarında 3-5 qaraguruhçudan savayı kimsə yoxdur. Başa düşürlər ki, bir azdan statistika olacaq, məlumat bazası formalaşacaq və o zaman müəyyənləşəcək ki, Əli Kərimlinin indiyə qədər elektorat sayı ilə bağlı danışdıqları sabun köpüyü olub. Məhz, sabun köpüyü!  

Hələ eşitdiyim qədər aksiya da keçirmək istəyirlər. Yəqin, İrana dəstək aksiyasıdır. İnanın, bunu belə etsələr təəccüblənmərəm. Çünki "AXCP” və "Milli Şura” nın İrandan, Əli Kərimlinin isə terrorbaşılardan heç bir fərqi yoxdur. Onların ruhları da eynidir, amalları da, xislətləri də! – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti