“Əli Kərimli ilə Vahid Əhmədov eyni təfəkkürdə olan adamlardır” – PARTİYA SƏDRİ

“Əli Kərimli ilə Vahid Əhmədov eyni təfəkkürdə olan adamlardır” – PARTİYA SƏDRİ
"Əli Kərimlinin feysbukda "yuyulmamış çömçə” janrında yazdığı müdafiə statusu ondan xəbər verir ki, bunlar elə Vahid Əhmədovla eyni təfəkkürdə olan adamlardır və eyni məqsədə, eyni mərama da qulluq edirlər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bir söz var. Deyirlər, axsaq atın kor nalbəndi olar. Bax, həmin məsələdir. Zatən Vahid Əhmədov öz müsahibəsində söyləmişdi ki, onun radikal müxalifət nümayəndələri ilə gözəl əlaqələri, münasibətləri var. Buyurun, bu da təsdiqi. Demək, həqiqətən də varmış. Ona görə biri digərinin müdafiəsinə qalxıb. Hətta bəlkə də bu barədə əvvəlcədən məsləhətləşiblər. ” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti