Əli Hüseynli Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb
31 Mart 2022, 13:44
31 Mart
2022
13:44
665
7NEWS.az xəbər verir ki, Martın 30-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb.
Qonağı salamlayan Əli Hüseynli Azərbaycanla Bolqarıstan arasında əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir.
Birinci vitse-spiker diqqətə çatdırıb ki, Altıncı çağırış Milli Məclisin fəaliyyət göstərdiyi iki il ərzində pandemiya şəraitinə baxmayaraq, spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq fəaliyyəti xeyli gücləndirilib.
Azərbaycanla Avropa arasında həyata keçirilən enerji layihələrində Bolqarıstanın da mühüm rol oynadığını deyən
Əli Hüseynli 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyə və Bolqarıstan parlamentində Xocalı soyqırımına dair sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib. Birinci vitse-spiker qonağa məlumat verib ki, 2020-ci ildə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməklə BMT-nin 4 qətnaməsinin icrasını öz gücü ilə təmin etməklə yanaşı, həm də ərazi bütövlüyünü bərpa edib.
Azərbaycanda olmaqdan qürur duyduğunu deyən Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ölkələrimiz və xalqlarımız arasındakı səmimi münasibətlərdən danışıb. O, iki ölkə arasındakı dost münasibətlərin bundan sonra da davam edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq Azərbaycan xalqına, dövlətinə və parlamentinə bundan sonra da tərəqqi və inkişaf arzularını çatdırıb.
Görüşdə Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak ediblər.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
MANŞET, SİYASƏT, GÜNDƏM
“Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın faktiki ifşasıdır” – Səbuhi Abbasov
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Milli ideyalara sədaqət - GÜLARƏ VERDİYEVA YAZIR
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Əli Hüseynli Bolqarıstan parlamentinin sədr müavini xanım Mukaddes Nalbant ilə görüşüb
-
MANŞET, SİYASƏT, GÜNDƏM
MEDİA “Sərhədsiz Reportyorlar”a şəhid jurnalistlərlə bağlı məktub göndərdi
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü - Foto
-
MANŞET, SİYASƏT, GÜNDƏM
AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN BƏYANATI