Dövlət Gerbindən istifadə qaydaları haqqında qanun imzalandı

16 Aprel 2019, 12:32
16 Aprel
2019
12:32
2337
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" qanunu imzalayıb.
7news.az-ın məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikasının Dövlət Gerbi
1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.
1.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
Maddə 2. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət
2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.
Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik
Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 4. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri
4.0. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;
4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək;
4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;
4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.
Maddə 5. Azərbaycan Respublikasının Dövlət Gerbinə müəlliflik hüququ
5.1. "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.
5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Gerbini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.
Maddə 6. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlər
6.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri aşağıdakı yerlərə vurulur:
6.1.1. Azərbaycan Respublikasının Prezident sarayına, dövlət iqamətgahlarının binalarına, Azərbaycan Respublikası Prezidentinin xidməti otağına;
6.1.2. Azərbaycan Respublikası Milli Məclisinin binasına və iclas salonuna, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin xidməti otağına;
6.1.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin xidməti otağına;
6.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) binalarına;
6.1.5. Azərbaycan Respublikasının bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına;
6.1.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına.
6.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 7. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə
7.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur.
7.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
7.3. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7.4. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7.5. Azərbaycan Respublikasının Dövlət Gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən bu Qanunun tələblərinə uyğun istifadə edə bilər.
7.6. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir.
Maddə 8. Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadəyə dair məhdudiyyətlər
8.1. Azərbaycan Respublikasının Dövlət Gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təhrifinə yol verilmir.
Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 10. Yekun müddəa
Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 463; 2005, № 2, maddə 61; 2006, № 3, maddə 225; 2010, № 4, maddə 276; 2013, № 5, maddə 463) 1-ci maddəsi ləğv edilir.
Xəbər lenti
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:27MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
Digər xəbərlər
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi – FOTOLAR
-
MANŞET, GƏNCLƏR DİASPORADA
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuraları təsis edilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Diaspor Komitəsində Heydər Əliyevin 96-cı ildönümü qeyd olunub - FOTO
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Dövlət Gerbindən istifadə qaydaları haqqında qanun imzalandı
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Qarabağ İcmasının yeni sədri kimdir? - DOSYE
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Prezident “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə FƏRMAN İMZALADI