Dövlət Agentliyinin nümayəndə heyəti Efiopiyaya səfər edib
02 Avqust 2023, 11:38
02 Avqust
2023
11:38
206
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiya Federativ Demokratik Respublikasına səfər edib. Səfər bu ölkənin Baş nazirinin müavininin dəvəti əsasında gerçəkləşib.
Səfər çərçivəsində Efiopiyanın innovasiya və texnologiyalar naziri Belete Mola, Dövlət Xidməti Komissiyasının rəhbəri Mekulia Hayle, xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa, Oromia ştatının Prezidenti Şimelis Abdissa və Əddis-Əbəbə şəhərinin meri Adaneç Abebe ilə görüşlər keçirilib.
Görüşlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət” konsepsiyası, Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar, startaplara dəstək sahəsində həyata keçirilən işlər barədə geniş təqdimatlar edilib.
İnnovasiya və texnologiyalar naziri ilə görüşdə Efiopiya tərəfi Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan müasir rəqəmsal həllərin öz ölkələrində tətbiqi istiqamətində birgə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib və bununla əlaqədar işçi qrupu yaradılıb.
Dövlət Xidməti Komissiyasının rəhbəri ilə görüşdə qarşı tərəf müvafiq qurumun nümayəndələrinin ötən il ölkəmizə baş tutan səfərini məmnunluqla xatırlayaraq Dövlət Agentliyi ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını qeyd edib. Eyni zamanda "ASAN xidmət” modeli əsasında Efiopiyada vahid məkandan xidmət göstərən ilk mərkəzin açılması barədə razılıq əldə olunub.
Xarici işlər üzrə dövlət naziri cari il ərzində "ASAN xidmət” mərkəzi ilə tanış olduğunu və müvafiq konsepsiyasının BMT tərəfindən yüksək qiymətləndirilməsinin onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb. Eyni zamanda görüş zamanı Efiopiya tərəfi Azərbaycan modelinin ölkəsində tətbiqi ilə bağlı Anlaşma Memorandumunu imzalamağa hazır olduqlarını bəyan edib.
Oromia ştatının və Əddis-Əbəbə şəhərinin rəhbərləri ilə görüşlər zamanı müvafiq orqanların nümayəndələrinə Dövlət Agentliyinin ekspertləri tərəfindən xidmət standartlarının təşkili, insan resurslarının idarə edilməsi, şikayət və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması barədə təlimlərin keçirilməsi, eyni zamanda "ASAN xidmət”də istifadə olunan rəqəmsal həllərin burada tətbiqi ilə bağlı razılıq əldə olunub.
Görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)