“Düzəlişlər nəticəsində narahatlıq aradan qaldırılıb” – Əli Hüseynli

“Düzəlişlər nəticəsində narahatlıq aradan qaldırılıb” – Əli Hüseynli
"Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ictimai müzakirələrin nəticəsi olaraq təqdim edilir.

7NEWS.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, vitse-spiker Əli Hüseynli parlament komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında” qanun layihəsinə yenidən baxılması vacib idi:
"Qanuna bir neçə düzəlişlər edilib. Bu düzəlişlər nəticəsində ictimai müzakirələrdə olan narahatlıq aradan qaldırılır. Bir daha qeyd edirik ki, qanun layihəsi beynəlxalq hüquqa əsaslanaraq hazırlanıb və tələblərə cavab verir”.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.

Xəbər lenti