“Drianla bağlı Fransa höküməti açıqlama verməlidir” – Bəyanat

“Drianla bağlı Fransa höküməti açıqlama verməlidir” – Bəyanat
Məlum olduğu kimi, Fransanın Avropa və Xarici işlər üzrə naziri Jan-İv Lö Drian yanvar ayının 18-də bir nazirə, diplomata yaraşmayan tərzdə açıqlama verib. Ölkənin Milli Assambleyasında səslənən həmin fikir ümumilikdə beynəlxalq hüquqla və diplomatiya ənənələri ilə ziddiyyət təşkil edir. Üstəlik, Drian məqsədli və şüurlu şəkildə belə davranıb, ədalətsiz mövqe sərgiləyib, riyakar və təxribatçı xislətini nümayiş etdirib. Məlum kontekstdə ən təzadlı məqam isə budur ki, hətta ən ağır təxribatlara əl atdığında belə Assambleyada ona qarşı təpki göstərilməyib, Driana həddi bildirilməyib. 

Dekabrın 15-də Brüsseldə Emmanuel Makronun təşəbbüsü ilə keçirilən və cənab Prezident İlham Əliyevin də iştirak etdiyi konstruktiv görüşdən 1 ay ötəndən sonra nazir Lö Drianın belə bir məsuliyyətsiz və riyakar açıqlamalar verməsi ilk növbədə öz hökümət başçısının apardığı siyasətə ziddir. Eyni zamanda bu açıqlama bütünlükdə Qafqaz regionunun sabitliyini və inkişafını pozmağa yönəlmiş təxribatçı addımdır.

Fransa höküməti 44 günlük Vətən Müharibəsində də zatən ədalətli mövqe sərgiləmədi, şərin yanında oldu, öz dəstəyini Ermənistana göstərdi. Fransanın naziri tərəfindən 1 gün əvvəl səslənən açıqlama məhz həmin ədalətsizliyin davamı və daha ağır, daha kobud, daha ucuz formalı təzahürüdür. 

Drianın bütün şərhləri əsassız, qərəzli və qəbuledilməzdir. Fransa höküməti təcili şəkildə öz nazirinin məsuliyyətsiz açıqlamasına münasibət bildirməli və Azərbaycan tərəfindən üzr istəməlidir. Partiya olaraq biz bunu tələb edirik. 

Azərbaycan Demokratik Maarifçilik Partiyası

7News.Az

Xəbər lenti