Diasporanın pulları hansı baravan şirkət vasitəsi ilə yuyulur? -Araşdırma
Azərbaycan Diasporası yoxsa "Elegant Travel Destination Management Company”?
Bu Travel şirkətinin adı heç kimə tanış gəlməsə də Azərbaycan Diaspora üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova yaxşı məlumdur.
Sözügedən "Travel” şirkətini illərdir sirr kimi saxlayan Fuad Muradov diasporanın fəaliyyətinə də qara pərdə endirir. Muradov hesab edir ki, Azərbaycan Xalqının gözünə "V Qurultayı” kül kimi üfürərək, pərdə arxasından "Elegant Travel” şirkətində qaz vurub, qazan doldurdu və üstəlik bunu heç kəs anlamadı…
Amma Qurultay başlamazdan əvvəl də, biz Cənab Prezidentə müraciət edərək, qurultayın keçirilməsi ilə böyük maliyə silinməsidiyini nəzərdə tutulduğunu söyləmişdik. Fuad Muradov bizi yanıltmadı.
Qurultaya əksəriyyəti, fəaliyyətləri və arzuları "Şuşada və Xankəndində çaxır içməkdən” ibarət olan, dillərini, amallarını, orda olmağın əsas məqsədini, hətta özünü belə unudan insanları toplamaqla Fuad Muradovun şəxsi turizm şirkəti olan "Elegant Travel” in gəlirini xeyli artırmış oldu.
Əldə etdiyimiz məlumata görə, 400 nəfərlik Qurultayın gəliş-gediş, qonaqlaması və yemə-içməsi Azərbaycan Dövlət üzrə Diaspora Komitəsinin hesabından silinərək, Fuad Muradovun şəxsi turizm şirkətinə ödənilib.
Əslində vəziyyət illərdir bu cür mexanizmlə davam edir. Lakin bu dəfə Fuad Muradovun bəxti gətirmədi, artıq tamah baş yardı.
İndi isə Fuad Muradovun "Elegant Travel” şirkəti haqqında bir az danışaq. Bu şirkətin mərkəzi ofisi İsrailin Təl-Əviv şəhərində yerləşir. Nədənsə həmin şirkətə Cəmilə Talıbzadə adlı gənc bir xanım nəzarət edir. Bu xanım nə ivrit dilini, nə də ingilis dilini bilmir. Rus dilli olan bu xanım, görəsən İsrailə gələn turistləri necə anlayır? Deməli, bu baravan şirkət birmənalı olaraq Azərbaycan dövlətindən oğurlanmış pulların yuyulması üçün istifadə olunur.
Azərbaycan dilindən və İslam dinindən əlil olanlar… Bu əlillik birbaşa ruhun, zehniyyətin və qəlbin əlliliyidir.
Azərbaycanın vaxtı ilə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən bir dövlət olmasını unutmamalıyıq. Dünya ictimaiyyəti də, Azərbaycanı müsəlman ölkəsi olaraq qəbul edir. Amma bizim dünya ictimaiyyətinə verdiyimiz mesajlar hər kəsi müsəlman olub -olmamağımızla bağlı bir dəfə də düşünməyə vadar edir…
Biz 44 günlük müharibə zamanı 3000-ə yaxın şəhid verən müsəlman dövləti olaraq, Şeyhülislam Allahşükür Paşazadəni bir dəfə ekrana çıxıb, şəhidlərimiz üçün nə "Fatihə” oxuyan gördük, nə Ramazan ayında bir ehsan verdiyini, nə də iftar süfrəsi açtığını görmədik… Dünya da buna şahidlik etdi. (Bu məsələyə daha sonra daha detallı qayıdacağıq.)
Azərbaycan dilindən əlil olan Fuad Muradov da eyni məsələni V Qurultayda təkrarladı. Ramazan ayına təsadüf edən qurultaya dəvət olunan "soydaşlarımız”ın bir neçəsi Şuşada şərab və çaxır içdiklərini, eyni tendensiyanı Xankəndində də təkrarlamaq niyyətində olduqlarını açıq- aşkar xalqa nümayiş etdirməkdən çəkinmədilər…
Azərbaycanın nüfuzunu İlham Əliyev qaldırmaq üçün çırpınsa da, əfsuslar olsun ki, Azərbaycan dilindən və İslamin dəyərlərindən əlil olanlar dövlətimizi nüfuzdan salmaq üçün əllərindən gələn hər bir rəzilliyi edirlər…
Müraciətimizi və bütün bu olanları diqqətə alan Cənab Prezident İlham Əliyevin də bu məsələlərin gözündən qaçmadığını bir neçə məqamı xatırlayaraq, görmək mümkündür.
V Qurultayda çıxış edən Cənab Prezident Fuad Muradovla görüşmədi. Onun üçün heç bir müsbət söz söyləmədi. Qurultaydan sonra isə, sosial media hesabından yazdığı fikirlərlə, qurultaydakı cəmiyyətin Azərbaycan dilindən əlil olanlardan ibarət olduğunu və görmək istədiyi cəmiyyətin bu olmadığını vurğalayacaq sözlər istifadə etdi.
Redaksiyamıza Gürcüstandan, İsveçdən, Niderlanddan, Qırğızıstandan, Almaniyadan saysız hesabsız diaspora ilə bağlı şikayətlər daxil olmağa davam edir. Hər birini diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Haqq -ədalət öz yerini tutmalıdır. Dövlət vəsaitini talan edən çalan hər kəs birmənalı olaraq cəzalandırılmalıdır.
Diaspora rəhbərliyinə həqiqətən Vətəni sevən, Şuşadan, Xankəndindən danışmağa haqqı olan, ən əsası Azərbaycan dilindən və İslam dininin dəyərlərindən əlil olmayanlar gətirilməlidir. Dilimiz və dinimizə hörməti olmayan bir şəxsdən Azərbaycan xaqına və dövlətinə ancaq zərər gələr.
P.S. Sözügedən Travel şirkəti ilə bağlı araşdırmalarımız davam edir…/voicepress.az
Xəbər lenti
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
Digər xəbərlər
-
MANŞET
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
MANŞET
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN
-
MANŞET
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib