Dezinformasiyaları yaymaqda məqsədləri orduda ruh düşkünlüyü yaratmaqdır – Deputat
Təkcə hərbi istiqamətdə deyil, Ermənistanın təbliğat maşını da bu gün var qüvvəsi ilə işə salınıb, gecə-gündüz Azərbaycan əleyhinə dezinformasiya yayır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycan Ordusuna qarşı həyata keçirilən informasiya təxribatlarından danışarkən deyib. Onun sözlərinə görə, ermənipərəst qüvvələr dezinformasiya yaymaqla ordunun döyüş ruhuna mənfi təsir göstərmək istəyir:
"Biz Ermənistanla müharibə vəziyyətindəyik. Düzdür, aktiv hərbi əməliyyatlar başlamayıb, amma istənilən an başlana bilər. Ermənistan regionda sülh və təhlükəsizlik üçün çox ciddi təhlükəyə çevrilməkdədir. Düşmən ölkənin yeni hərbi doktrinasının qəbulu, milli təhlükəsizlik strategiyasında edilmiş dəyişikliklər, Tovuz hadisələri, Ermənistan rəhbərliyinin qondarma rejimə tez-tez səfərləri, "etnik erməni” adı altında əvvəl Suriyadan, indi də Livandan terrorçuların Dağlıq Qarabağın işğal altındakı ərazilərinə yerləşdirilməsi və s. onu göstərir ki, Ermənistan sülh prosesinə zərbə vurur. Bütün bunlar nəticə etibarilə müharibəni labüdləşdirə bilər. Təkcə hərbi istiqamətdə deyil, Ermənistanın təbliğat maşını da bu gün var qüvvəsi ilə işə salınıb, gecə-gündüz Azərbaycan əleyhinə dezinformasiya yayır. Guya ki, Azərbaycanın Suriyadan yaraqlıları gətirib Ermənistan əleyhinə istifadə edəcəyi kimi absurd yalanlarla çıxış edən dezinformasiya maşını dayanmadan işləməkdədir. Onlar daha çox bunu sosial şəbəkələrdən, eləcə də "Youtube” kanallarından və digər media vasitələrindən istifadə edərək həqiqətə daban-dabana zidd olan məlumatlar yayırlar.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzən ön sıralarımızdan da onlara inanmaq istəyən kimlərsə tapılır və bu, heç bir halda qəbul edilə bilməz.
Müharibənin öz qaydaları, şərtləri var. İnformasiya məkanında olduqca ehtiyatlı olmaq lazımdır. İstənilən ehtiyatsız davranış və ehtiyatsız səsləndirilən fikir milli maraqlarımızın ziddinə ola bilər. Nə qədər qəribə olsa da, insanlar dezinformasiyaya həqiqətdən daha çox inanmaq istəyirlər. Çünki həmin məlumatlar bər-bəzəkli təqdim olunur və bəzi səbatsız insanları aldatmaq, çaşdırmaq mümkün olur. Ona görə də hər birimiz bu məsuliyyəti dərk etməliyik. Bütün bu dezinformasiyaları yaymaqda məqsəd orduda ruh düşkünlüyü yaratmaq, onun mənəvi-psixoloji döyüş hazırlığına zərbə vurmaqdır”.
Deputat son dövrlər Türkiyə ilə keçirilən hərbi əməliyyatların fonunda Azərbaycan Ordusu əleyhinə təbliğatların artdığını bildirib:
"Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın güclü Ali Baş Komandanı var. Ölkə Prezidenti İlham Əliyevin istənilən təşəbbüsü xalq tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.
Bu gün Azərbaycan Qlobal Güc İndeksinə görə dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusunun çox yüksək döyüş ruhu var. Eyni zamanda bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Digər tərəfdən Azərbaycan-Türkiyə hərbi müttəfiq münasibətləri ən yüksək səviyyədədir. İki qardaş dövlətin silahlı qüvvələrinin Naxçıvandan tutmuş demək olar ki, Azərbaycanın əksər ərazilərində keçirdiyi taktiki uçuş təlimləri ordumuzun gücünü birə-beş yüksəldib. Hətta bu gün sosial şəbəkələrdə Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilir, ictimai rəy buna köklənib. Xüsusilə də Türkiyə Silahlı Qüvvələri (TSQ) iyul döyüşlərində Azərbaycanın yanında olduğunu bir daha bəyan etdi. Türkiyənin ali hərbi-siyasi rəhbərliyi Azərbaycanın qəbul etdiyi istənilən qərarı müdafiə edəcəyini bildirdi. Yəni bu o deməkdir ki, sabah müharibə başlayacağı təqdirdə də TSQ Azərbaycanı birmənalı dəstəkləyəcək. Ona görə də hesab edirəm ki, Ermənistanın və ermənipərəst müəyyən qüvvələrin Azərbaycanda dezinformasiya yaymaqla məşğul olması guya ki, Azərbaycan Ordusunun döyüş ruhunun zəif olması və s. səsləndirilən bu kimi fikirlər yalandan,iftiradan başqa bir şey deyil.Sözün həqiqi mənasında Ermənistan təlaş içərisindədir.Xüsusilə də Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri onların yuxusuna haram qatıb. Bu səbəbdən də belə təxribatçı bəyanatlar və dezinformasiya yaymaqla məşğuldurlar".
LOBBI.Az
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI