Deputat Ramil Həsən Yuxarı Şilyan kəndində seçicilərlə görüşdü

Deputat Ramil Həsən Yuxarı Şilyan kəndində seçicilərlə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 28 aprel 2022-ci il tarixində Ucar rayon Yuxarı Şilyan kənd tam orta məktəbinin binasında Yuxarı Şilyan, Qazyan, Boyat və Bağban kəndlərindən olan seçiciləri qəbul edib. 

Görüşdə vətəndaşlar tərəfindən kənd və mərkəzi yollarının asfaltlanması, elektrik dirəklərinin kabelləşmə ilə əvəz olunması, içməli su xətlərinin kəndin hər bu ərazisinə çəkilməməsi, suvarma suyu problemi, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, imtina verilən pensiyaların bərpası, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi Millət Vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. 

Onuda qeyd edək ki, Ramazan bayramı münasibətilə millət vəkili Ramil Həsənin təşəbbüsü Missiya Media Qrup və "İnvest AZ” Şirkətlər Qrupunun dəstəyi ilə Ucarda şəhid, qazi və həssas ailələrin bir qrupuna Ramazan bayramı sovqatının çatdırılması davam edir.
 
No description available.
No description available.
No description available.

Xəbər lenti