Deputat Ramil Həsən Şahlıq kəndində qaz xəttinin çəkilişi ilə maraqlandı

Deputat Ramil Həsən Şahlıq kəndində qaz xəttinin çəkilişi ilə maraqlandı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 27 yanvar 2022-ci il tarixində Ucar rayonuna seçiciləri ilə görüşmək üçün səfər edib. Səfər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon İcra Başçısı Mənsur Məmmədovla görüşüb, rayonda görülən işlər və qarşıya çıxan çətinliklərlə bağlı fikir mübadiləsi aparıb, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.

Millət vəkili Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatında əməkdaşlar və partiya fəalları ilə də bir araya gəlib, gələcəkdə həyata keçiriləcək işlər və fəaliyyətləri müzakirə etmişdir.

Eyni zamanda Ucar rayonuna səfər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının  sədri səlahiyyətlərini icra edən Şəhla xanım Abdullayeva ilə birlikdə uzun illərdi qaz problemi ilə qarşılaşmış olan Ucar rayonunun Şahlıq kəndində olmuş və 2022-ci ilin dövlət büdcəsinə salınaraq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirmiş olduğu uğurlu islahatlar siyasətinin tərkib hissəsi kimi artıq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz xətlərinin çəkilməsi ilə əlaqədar başladılmış işlərlə yerində tanış olmuş, qaz kəmərinin çəkilişi ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları ilə söhbət etmiş, kənd camaatı, vətəndaşlar ilə görüşmüş,  prosesin uğurla getdiyi  barədə fikir mübadiləsi aparılmış, yaxın vaxtlarda Şahlıq kəndində hər bir ailədə, evdə təbii qazın olacağı və qazlaşdırılma prosesinin bitəcəyi ilə bağlı Milli Məclisin deputatına məlumat verilmişdir.
Qeyd edək ki, Ucar rayonundan Milli Məclisə deputat seçilmiş Ramil Həsən mütəmadi olaraq seçicilərlə bir araya gəlir, onların tələbləri, təklifləri və eyni zamanda qarşılaşmış olduqları problemlərlə bağlı dinləmələr həyata keçirir və qanunvericiliyə uyğun formada əhalinin haqlı tələblərinin yerindəcə həll olunması, müvafiq qurum və strukturlara çatdırılması ilə bağlı aktiv şəkildə fəaliyyət göstərir.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 


Xəbər lenti