COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

01 Oktyabr 2024, 19:58
01 Oktyabr
2024
19:58
164
Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib.
Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.
Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş "Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.
Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.
Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.
Samir Nuriyev Azərbaycan QHT-lərinin "Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.
Sonra Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.
Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.
Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən "İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və "Harmoniya” təşəbbüsü barədə danışıb.
İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
Xəbər lenti
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
11 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
25 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
Digər xəbərlər
-
SİYASƏT
Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
SİYASƏT
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
SİYASƏT
"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
SİYASƏT
İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
SİYASƏT
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
MANŞET, SİYASƏT
Muxtar Babayev vəzifəsindən azad olundu
-
SİYASƏT, GÜNDƏM
“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
SİYASƏT
Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya