Cəsur Döyüşçünün dəfnindən 2 il keçir (FOTO)

Cəsur Döyüşçünün dəfnindən 2 il keçir (FOTO)
Vətən müharibəsinin qəhrəmanı, Şəhid Vüsal Aftandil oğlu Məmmədovun dəfn olunmasından 2 il keçir.

Ailəsi tərəfindən verilən Şəhidin ehsanında yaxınları, ictimai xadimlər, Binəqədi RİH-nin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Şəhid Vüsal Məmmədov 2020-ci il oktyabr ayının 12-də Şəhid olub, nəşi isə 28 noyabr tarixində ailəsinə təhvil verilərək 29 noyabr tarixində Binəqədi qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azadlığı uğrunda", "Cəsur Döyüşçü" medalları ilə təltif edilib./qaynarinfo


Xəbər lenti