"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov

Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov deyib: "Dostlarım şahiddir, qəzanın ilk saatında bunun teniki qəza yox, vurulduğunu demişdim. Kadırov öz bivec qohum-əqrabası ilə bu hadisəni etiraf etməli, üzr istəməli və günahkarları istintaqa cəlb etməlidir. Hələ arsız-arsız Azərbaycana təklif ediblər ki, biz yaralılara maddi yardım ödəyək. Təpənə dəysin sənin yardımın. Qüdrətli dövlətimiz var, yaralıları da sağaldacağıq, maddi yarımları da ödəyəcəyik. Cəsarətin varsa çıx efirə, bütün Azərbaycan xalqından üzr istə, qardaşın oğlu və dəstəsini də həbs elə...

Bəli, ümumilikdə, Rusiya məsuliyyət daşıyır. Artıq hadisə baş verib və günahkarlar nəm-num eləməkdənsə ortaya çıxıb, səhvlərini etiraf etməlidirlər. Ukraynanın günahı varmı? Bəli var, ən azından onlara ilk gündən dəstək olan Azərbaycana rəsmi, qeyri-rəsmi, məlumat göndərməli, "Qroznıya dron hücumumuz olacaq" xəbərdarlığını bildirməli idi. Etməyib, çünki ona Rusiya səmasında təyyarənin vurulması faktı sərf edirdi. Əl-qərəz, qəzadan qısa zaman dediklərimin üstündəyən, kapitanlar QƏHRƏMAN elan olunmalıdırlar. Məhz onların igidliyi nəticəsində 30a yaxın insan sağ qaldı, Rusiyanın, Kadırovun çirkin əməli ifşa oldu. Heç nədən 30-dan çox ailə gözü yaşlı qaldı, ümidlər yarımçıq tamamlandı... Allah ölənlərə rəhmət eləsin."

Xəbər lenti