BSU-da qan donorluğu və talassemiya haqqında təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub

BSU-da  qan donorluğu və talassemiya haqqında təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub

Dekabrın 1-də Bakı Slavyan Universitetində (BSU) "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin (AQDİM)   təşkilatçılığı, həmçinin Talassemiya Mərkəzi və Mərkəzi  Qan Bankının birgə dəstəyi ilə "Saglam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olundu. Tədbirdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, rektorun  müşaviri Elçin Hüseynov,  "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin  idarə heyətinin sədri Fuad Rəsul, AQDIM-in idarə heyəti sədrinin müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev,  AQDIM-in idarə heyəti sədrinin müşaviri Kamil Hüseynov, həmçinin Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva, Talassemiya Mərkəzinin həkim-hematoloqu Tünzalə Əhmədova mövzu ətrafında geniş məruzəylə çıxışlar ediblrər. 
Qeyd olunub ki, qan vermək hər bir sağlam insanın bəşəri borcudur. Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir.
  Qəza nəticəsində yaralanan birinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir körpənin, qan vurulmazsa öləcək bir xəstənin sizin verdiyiniz qanla həyata qayıtması ilə sizə verdiyi mənəvi rahatlıq isə ölçüsüzdür.
Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
 Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti