​Biz sona qədər mübarizə aparıb, erməniləri buna məcbur edəcəyik - Millət vəkili

​Biz sona qədər mübarizə aparıb, erməniləri buna məcbur edəcəyik - Millət vəkili
Azərbaycan dövlətinin dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini vermədiyi üçün bu gün Kəlbəcərdə media nümayəndələrmiz və dövlət nümayəndəsi minaya düşərək, həlak oldular. Mən həmin qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

Bu sözləri Azadinfo.az-a millət vəkili Ramil Həsən deyib.

"İşğalçı Ermənistan 44 günlük Qarabağ savaşı davam edərkən, ondan sonra və ondan əvvəl bizim ərazilərimizi minalayıb. Azərbaycan dövləti, ictimaiyyəti aylardır beynəlxalq təşkilatlara Ermənistan tərəfinin minalanma ilə bağlı xəritələri vermədiyini, bunun da ağır nəticələrinin olacağını bildirir. Amma bu günə qədər Ermənistan tərəfi mina xəritələrini Azərbaycana təqdim etmir. Ona görə onlarla vətəndaşımız bilavasitə bu terrorun qurbanı olub. Bu baxımdan, bizim tam haqqımızdır ki, Ermənistanı beynəlxalq məhkəməyə verib, hüquqi yolla həmin mina xəritələrini onlardan alaq.

Biz bunu etməliyik. Yoxsa, Azərbaycan dövləti nə qədər öz vətəndaşlarını qorumağa çalışsa da, əminliklə deyə bilmərik ki, bir daha belə hadisələr yaşanmayacaq. Biz sonuna qədər öz mübarizəmizi aparacağıq və Ermənistanın terorrçu əməllərinə görə beynəlxalq hüquq qarşında cavab verməyə məcbur edəcəyik. Bunun üçün dövlət və ümumilikdə Azərbaycan ictimaiyyəti nə lazımdırsa, edəcəkdir", - de o bildirib.

Xəbər lenti