Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfrans keçirilib
10 Avqust 2022, 16:41
10 Avqust
2022
16:41
369
Avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilib.
7News.Az xəbər verir ki, əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edərək konfransın gündəliyi barədə məlumat verib.
Kamran Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb. Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev dövlətin bütün atributlarının, institutlarının yaradılması ilə yanaşı, medianın inkişafına da mühüm diqqət yetirib. Ulu Öndər uzaqgörən bir şəxsiyyət kimi görürdü ki, medianın inkişafı olmadan cəmiyyətin düzgün inkişafı, tərəqqisi mümkün deyil. Məhz buna görə Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən medianın inkişafına xüsusi diqqət yetirilib. 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra bu siyasət davam etdirilib.
Baş prokuror qeyd edib ki, Azərbaycan media sahəsində bütün beynəlxalq konvensiyalara qoşulub. Deyə bilərik ki, Azərbaycanda medianın, KİV-lərin inkişafı üçün bütün zəruri şərait yaradılıb. Müasir media demək olar ki, artıq formalaşıb. Medianın cəmiyyətdə rolu doğrudan da böyükdür. Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət yetirir, medianın gündəlik fəaliyyəti ilə maraqlanır. Müasir şəraitdə medianın inkişafı olmadan cəmiyyətin inkişafı mümkün ola bilməz. Medianı klassik olaraq hakimiyyətin dördüncü qolu adlandırmışıq. Müşahidələr onu göstərir ki, bu, yalnız sözdə belə deyil. Azərbaycanda media demək olar ki, artıq dördüncü hakimiyyətdir.
K.Əliyev, həmçinin deyib: "Son vaxtlar mətbuatda gedən cinayət faktları ilə bağlı məlumatları diqqətlə izləyirik. Bu bizim gündəlik fəaliyyət istiqamətlərimizdən biridir. Çalışırıq ki, orada gedən kriminal xarakterli məlumatlara dərhal reaksiya verək və qanunla nəzərdə tutulmuş tədbirlər görək”.
Qeyd edilib ki, Vətən müharibəsi dövründə jurnalistlərimiz, media nümayəndələrimiz qəhrəmancasına fəaliyyət göstəriblər. Həm birbaşa cəbhə bölgəsində, döyüşlər gedən bölgədə olur, cəmiyyəti məlumatlandırırdılar, həm də ölkəmizdə baş verən bütün hadisələr, Azərbaycanın ədalətli mövqeyi barədə məlumatları beynəlxalq ictimaiyyətə, bütün dünyaya çatdırırdılar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan jurnalistikasının səyləri nəticəsində biz artıq əvvəlki illərdən fərqli olaraq, informasiya blokadasını dəf etdik. Azərbaycan artıq öz həqiqətləri, Qarabağ ətrafında gedən bütün proseslərlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması istiqamətində görülən işlər, redaksiya siyasəti və jurnalistlərin sosial şəbəkədə fəaliyyəti barədə çıxış edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun media ilə dövlət arasında münasibətlərin tənzimlənməsi funksiyası, jurnalistlərin peşə davranışları qaydalarının tətbiqində mövcud problemlərlə bağlı məlumat verib. O son vaxtlar ölkəmizdə medianın inkişafı ilə bağlı xeyli islahatların həyata keçirildiyini, "Media haqqında” Qanunun qəbul edildiyini söyləyib. Cəmiyyətin media savadlılığının artırılması istiqamətində işlərin görülməsinin əhəmiyyətini qeyd edib.
Əflatun Amaşov, həmçinin bildirib ki, Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub. Şikayətlərin tam əksəriyyəti araşdırılıb. Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Azərbaycan mətbuatında reketçilik mövcuddur. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Reketçiliklə bağlı məsələlərin cinayət işi olduğunu söyləyən Əflatun Amaşov bunu edənlərlə bağlı qanunun sərtləşdirilməsini təklif edib.
Sonra Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev media sahəsində yol verilən qanun pozuntularına görə prokuror təsir tədbiri aktlarının növləri, tətbiqi əsasları, nəticələri, inzibati icraatın başlanmasının əsasları barədə məruzə ilə çıxış edib.
Konfransda sosial mediada saxta məlumatlar, insanların təhqir və təhdid olunması, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirilməsi problemi və onun həlli yolları, sosial mediada mənfi təzahürlərlə mübarizədə beynəlxalq təcrübə, media sahəsində olan qanunvericiliyin pozulması halları, qanun pozuntularına dair "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Media haqqında” qanunların düzgün tətbiqi, dövlət maraqlarına, ölkənin informasiya təhlükəsizliyinə, ictimai şüura, insanların psixoloji durumuna mənfi təsir göstərən xəbərlərin sosial şəbəkələrdə yayılması və mediada qabardılması, intihar halları, vətəndaşların özəl həyatı və bu kimi digər məsələlərin işıqlandırılması və müzakirəsinin cəmiyyət üçün fəsadları, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanması və jurnalist məsuliyyəti, ictimai şüura və cəmiyyətin əhvalına mənfi təsir göstərən halların işıqlandırılması kimi mövzular ətrafında çıxışlar olub.
Daha sonra iştirakçılar konfransın mövzusu ətrafında fikir mübadiləsi aparıb, fikirlərini səsləndiriblər.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MANŞET
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN
-
MANŞET
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib