AZƏRBAYCANLI VƏ TÜRKİYƏLİ GƏNCLƏRİN İŞTİRAKI İLƏ İSTANBULDA FORUM KEÇİRİLİB
29 Aprel 2022, 09:32
29 Aprel
2022
09:32
858
Aprelin 28-də Türkiyənin İstanbul şəhərində azərbaycanlı və türkiyəli gənclərin iştirakı ilə "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” adlı Forum keçirilib.
Türkiyə Gənclik Vəqfi (TÜGVA) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli” elan edilməsi, eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi fonunda Şuşa şəhərinin Türkiyə və Azərbaycan başda olmaqla, bütövlükdə türk dünyası üçün tarixi önəmi haqqında gənclərimizə məlumat vermək, eyni zamanda Şuşa şəhərinin işğaldan azad olunmasının türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə çatdırmaqdan ibarət olub.
Tədbirdə çıxış edən TÜGVA baş direktoru Enes Eminoğlu, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının İstanbul şəhərindəki konsulu Zaur Allahverdizadə və Gənc Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (Gənc MÜSİAD) idarə heyətinin üzvü Talha Akbaş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı zəfərdə Türkiyə rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin əhəmiyyətindən bəhs edib, Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın ötən il Şuşa şəhərinə etdiyi rəsmi səfər çərçivəsində imzalanmış tarixi Şuşa Bəyannaməsinin önəmi haqqında danışıblar. Çıxışlar zamanı Şuşanın yenidən dirçəlməsi istiqamətində sürətlə davam edən bərpa-quruculuq işləri barədə iştirakçılara məlumat verilib, Şuşanın dirçəlişinin tək azərbaycanlıların deyil, bütün türk dünyasının ürəyincə olduğu xüsusilə qeyd edilib. Tədbirdə Türkiyə Araşdırmalar İnstitutunun dosenti Mehdi Gəncəli Şuşanın tarixi və mədəniyyəti haqqında məruzə ilə çıxış edib.
Forum zamanı ötən illər ərzində iki ölkə gənclərinin birgə iştirakı ilə baş tutmuş və böyük maraqla qarşılanmış düşərgələr, müsabiqələr, seminarlar və s. kimi bir sıra tədbirlər haqqında iştirakçılara məlumat verilib, bu məzmunlu proqramların cari ildə daha geniş tərkibdə və digər türk dövlətlərindən olan gənclərin iştirakı ilə Şuşa şəhəri daxil olmaqla, türk dünyası üçün əhəmiyyət kəsb edən digər tarixi şəhərlərdə də keçirilməsinin planlaşdırıldığı qeyd edilib.
Tədbirdə Azərbaycan və türk dünyası üçün böyük önəm daşıyan Şuşa şəhərinə aid məlumatların əks olunduğu videoçarx nümayiş olunub, türkiyəli gənc araşdırmaçılar arasında Şuşanın tarixi və mədəniyyəti ilə bağlı elmi tədqiqat, monoqrafiya və məqalə hazırlanmasına dair müsabiqə elan edilib.
Türkiyə və Azərbaycandan onlayn qoşulan min nəfərə yaxın gəncin iştirakı ilə keçirilən forumun yekununda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafına görə iki ölkənin dövlət başçılarına təşəkkür edilib, Azərbaycan-Türkiyə, eləcə də bütövlükdə türk dünyası gəncləri tərəfindən bütün platformalarda sıx əməkdaşlığın ortaya qoyulması vacibliyi qeyd olunub.
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI