“Azərbaycanın cavabı çox ağır və qəti olacaq” - TƏHLİL

"QHT nümayəndələrinin və Ekoloqların Sülhməramlılara qarşı etiraz aksiyalarını dəstəkləyirik! Azərbaycanın haqq savaşı 44 günlük vətən müharibəsində şanlı qələbə ilə sonlandı. Müharibənin hər günü Ermənistan dahada zəiflədi, dalana dirəndi və 10 noyabr üçtərəfli bəyanata imza atmağa məcbur oldu. Bəyənatı harada imzaladı, oda bəlli olmadı.”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Əldə olunmuş razılaşmaya görə Rusiya sülhməramlıları Qarabağa yerləşdirildi və onlara müəyyən öhdəliklər verildi. Onların ən əsas vəzifələri isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər tərəflər arasında münaqişələrin qarşısını almaq, sülh və sabitliyi qorumaq idi.
Ancaq Rusiya sülhməramlıları öz işlərini görməkdənsə başqa işlərlə məşğul olmağa başladılar. Obyektiv olmalı olduqları halda Qarabağda yerləşən erməni separatçılarına dəstək verməkdən çəkinmədilər və çəkinmirlər. Bu isə onların işinə tamamilə ziddir. Son olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının monitorinq üçün işğaldan azad olunmuş ərazilərə səfərinin qarşısını almaqla, jurnalistlərə qarşı müqavimət göstərməklə öz vəzifələrini yerinə yetirmədiklərini, erməniməramlı olduqlarını bir daha sübut etdilər. QHT nümayəndələrinin və Ekoloqların Sülhməramlılara qarşı etiraz aksiyalarına başlamlarını biz dəstəkləyir və alqışlayırıq. Düşmənlərimiz unutmasınlar ki, dəmir yumruq yerindədir və lazım gəldikdə öz funksiyasını 44 günlük vətən müharibəsində olduğu kimi tam yerinə yetirəcək və sözsüz ki, buna qadirdir. Ölkə prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu ölkəmizin də nüfuzunun artmasına bilavasitə təsir göstərir. Hal-hazırda Azərbaycan Cənubi Qafqazın ən böyük və ən qüdrətli dövlətidir. O, cümlədən Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Bütün bunlar Azərbaycanın dünyəvi əhəmiyyətinin göstəricisidir. Düşmənlərimizin bu amildən qorxması təəccüb doğurmur. Ermənilərin havadarları tərəfindən ortalığa çıxarılan və müəyyən məqsədlər uğrunda alət kimi istifadə edilən Ruben Vardanyan kimilərinə isə demək istəyirəm ki, Azərbaycan erməni faşizmni susdurmağı, terrorist ermənilərə dərs verməyi yaxşı bilir. Ermənistan və bütün dünya 44 günlük vətən müharibəsində bu nümunənin şahidi olub. Ruben Vardanyan özünü Qarabağ ermənilərinin "Ağası" kimi aparır. O, deyəsən "babası" Andranikin başına gələnləri unudub?! O, zaman biz yadına salarıq. Ruben Vardanyanı da Andranik kimi qulağını kəsib göndərərik gəldiyi yerə. Ruben Vardanyan milyonçu və kiminsə maşası ola bilər. Ancaq Azərbaycan hakimiyyəti və xalqı üçün bu nüanslar maraq doğurmur. Biz milli maraqlarımıza zidd olan bütün hallara qarşıyıq. Onların aradan qaldırılmasına da qadirik. Rusiya sülhməramlıları və Ruben Vardanyan kimi əlaltılar əgər öz işləri ilə məşğul olmamağa davam etsələr, milli maraqlarımıza zidd getsələr, ərazi bütövlüyümüzə və suverenliyimizə təhdidlər yaratsalar Azərbaycanın cavabı çox ağır və qəti olacaq.”
"Xankəndində başında de-fakto Volkov- Vardanyan cütlüyünün durduğu separatçı rejim orada xəstəxanalarda ağır vəziyyətdə olanların Laçın yolunun bağlanması səbəbindən İrəvana aparıla bilməmələri ilə bağlı səs-küy qaldıraraq bunu soyqırımı kimi təqdim edirlər.”
7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Əlbəttə cəfəngiyatdır. Soydaşlarının timsalında Vardanyan, 366-cı alayın başında duranlarla eyni məqsədi güdən general Volkov əsl soyqırımın nə olduğunu Xocalıdan və bizə qarşı törədilən digər hərbi cinayətlərdən yaxşı bilirlər.
Xankəndindəki ağır xəstələrə gəldikdə, Səhiyyə Naziliyimizə və "TƏBİB"ə təklifim budur ki, onların tezliklə Bakıya gətirilərək ən yaxşı xəstəxanalarımızda müalicə edilmələrinə hazır olduğumuz haqda açıqlama yaysınlar.
Qoy Qarabağdakı dinc haylar görsünlər ki, Azərbaycanda onlara düşmən gözü ilə baxılmır. Amma bu ölkədə qalıb yaşamaq istəyirlərsə, digər vətəndaşlarımız necə onlar da elə qanunlarımıza uyğun hərəkət etməlidirlər, əks təqdirdə Ermənistana üz tutmaqdan başqa yolları yoxdur. Ermənistanda onlara necə yanaşıldığı isə kimsəyə sirr deyil. Və o da sirr deyil ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti onların Ermənistana köçüb getməmələri üçün əlindən nə gəlir edəcək.
Ona görə yox ki, haylara canları yanır. Ona görə ki, Qarabağda qalmaları üçün hayların orada olmaları onlara lazımdır. Yəni volkovları haylar yox, nə qədər uzun müddətdə mümkündürsə, bir o qədər Qarabağda qalmaq maraqlandırır. Vardanyan da Xankəndinə məhz bu məqsədlə göndərilib.
Vardanyan Simonyan, Bağdasaryan, Moskvanın maraqlarına cavab verməyən davranış sərgiləyəndə öz xalqını "uzunqulaq" adlandıran Miqranyan və Rusiya televiziyalarında hər gün Ukraynaya od püskürən digərləri kimi əsl rus şovinistləridirlər. Onların hay təəssübkeşliyi Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz və çıxmır. Yəni dələduz Vardanyan Qarabağa oradakı soydaşlarına canı yandığı üçün gəlməyib, Rusiyanın regionda marağını təmin etmək üçün oradadır.”
Daha sonra çıqlamasında millət vəkili Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəmizdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər üçün brifinq keçirməsini tam zamanında atılmış addım olduğunu dedi: "Bu, Laçın yolunun orada etiraz aksiyasına qatılan əsgər qeyrətli soydaşlarımızın deyil, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin bağladığını bildirdi. Azərbaycanın Xarici İşlər Nazirliyinin Qarabağdakı hayların humanitar ehtiyaclarını qarşılamağa hazır olduğumuzu bəyan etməsi isə bu yolu bağlamaqla dünyanı bizim əleyhimizə qaldırıb orada yenə saman altdan su yeridəcəklərini, dələduz Vardanyanla əl-ələ verib təbii resurslarımızı çapıb-talayacaqlarını düşünənlərə çox gözəl cavabdır. Həqiqəti bilmək istəyənlər görürlər ki, orada etiraz aksiyası keçirən qeyrətli vətəndaşlarımızın, jurnalistlərimizin və bütövlükdə dövlətimizin məqsədi təkcə ekologiyaya böyük zərbə vurmaqla təbii resurslarımızın vəhşicəsinə talanmasının qarşısını almaq deyil. Həm də Qarabağdakı yerli hayları, dinc adamları nə qədər mümkündürsə, bir o qədər tez başında de-fakto Volkov- Vardanyan cütlüyünün durduğu separatçı rejimin zülmündən qurtarmaq, onların da digər Azərbaycan vətəndaşları kimi normal yaşamalarını təmin etməkdir. Yəni bu gün Rusiya hərbi kontingenti ilə üz-üzə duranlar Qarabağdakı dinc hayların düşmənləri yox, xilaskarlarıdır. Əminəm ki, gec-tez onlar da bu reallığı dərk edəcəklər. ABŞ-ın ölkəmizdəki diplomatik təmsilçiliyindəkilər də hazırda Laçın yolunda nəyin və niyə baş verdiyini dərk etmək istəyirlərsə, onda səfir Örl Litzenberger şeytanın qıçını sındırıb Şuşaya gedərək vəziyyəti yerində öyrənsə pis olmazdı. Onun Şuşaya niyə getmək istəmədiyi heç kəsə sirr deyil, ABŞ-da düşünürlər ki, bununla haylara Moskvadakılardan daha çox canları yandığını göstərib Rusiyanı Ermənistandan vurub çıxarmaq üçün zəmin hazırlayırlar. Qoy düşünsünlər, amma ABŞ-ın ölkəmizdəki səfirliyinin Laçın yolundakı aksiyanın mahiyyətinə varmadan general Volkovu təlimatlandıranların maraqlarına cavab verən açıqlama yayması çox yumşaq desək, məsuliyyətsizlikdir.
Cavid Məhərəmov
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.7

Xəbər lenti
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
-
21:19Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
-
16:34"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı (VİDEO)
-
15:05İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!
-
12:06DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirdi, valideynlərə çağırış etdi
-
17:50Muxtar Babayev vəzifəsindən azad olundu
-
14:23“Fransa dəyirmanına su tökən naxələflər...” - Deputat sərt danışdı
-
10:56Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib
-
10:15Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ
-
16:35Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi reaksiya
-
14:41İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (YENİLƏNİB)
-
14:03SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
Digər xəbərlər
-
AZƏRBAYCAN, SİYASƏT, GÜNDƏM
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
Səbuhi Abbasov Vyanada ATƏT-in yüksək səviyyəli Konfransında iştirak edəcək – Agentliyin dəstəyi ilə
-
AZƏRBAYCAN, SİYASƏT
“Vardanyan istifadə olundu və...” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov
-
AZƏRBAYCAN, SİYASƏT
“Azərbaycanın cavabı çox ağır və qəti olacaq” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
Səbuhi Abbasov ATƏT-in mühüm konfransında iştirak edəcək - VARŞAVADA (FOTO)
-
AZƏRBAYCAN, SİYASƏT
Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
“ABŞ və Fransa səfirləri dəfələrlə dəvətimizə baxmayaraq, Şuşaya səfərdən imtina edirlər"
-
AZƏRBAYCAN, SİYASƏT
Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır – Millət vəkili