Azərbaycanı dünyada idman dövləti kimi tanıdan lider - Natiq Lahıcov yazır
18 Fevral 2022, 21:57
18 Fevral
2022
21:57
1400
Bu gün fəxrlə demək olar ki, Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilmişdir. Bunu son illər bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, həm Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanmağımız bir daha təsdiq edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı təbrikdə dediyi fikirlərdə də bu öz əksini tapıb: "Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni bu bir daha onu göstərdi ki, Azərbaycan güclü idman dövlətidir. Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı, bu sahədə qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəmizdə xaos, anarxiya, böhran hökm sürürdü, iqtisadi tənəzzül getdikcə dərinləşirdi. Təbii ki, belə bir vəziyyət digər sahələrdə olduğu kimi, idman sektoruna da mənfi təsir göstərirdi. Ümummilli liderimiz 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bədən tərbiyəsi və idmanda ciddi dönüş yarandı. Məsələn, 1994-cü ildə ölkənin gənclər və idman həyatını özündə birləşdirən respublika Gənclər və İdman Nazirliyi, 1995-ci ildə isə İdman Fondu yaradıldı. Bütün siyasi fəaliyyəti dövründə millətin sağlamlığına, bədən tərbiyəsi və idmanın inkişafına daim diqqət yetirmiş böyük öndər 1995-ci il martın 5-də ölkəmizin tanınmış idmançıları və idman mütəxəssisləri ilə görüşmüş, ilk dəfə olaraq bir qrup şəxsi "Şöhrət” ordeni və "Tərəqqi” medalı ilə təltif etmişdir. Bundan sonra, 1996-cı il avqustun 14-də Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşündə böyük öndər demişdir: "Şəxsən mən söz vermişəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Böyük şəxsiyyət tərəfindən səslənən bu fikir sonrakı illərdə Azərbaycan idmanının inkişafında özünü göstərdi.
Ulu öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına böyük imkanlar açdı. Cənab İlham Əliyevin idmanın və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Onun rəhbərliyi ilə bu sahədə atılan addımlar və görülən işlər qısa zamanda öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Bakı ilə yanaşı respublikanın müxtəlif bölgələrində müasir tipli Olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı.
Daim xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Təsadüfi deyildir ki, regionlarda yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda paytaxtda və bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Həmçinin bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Son illər Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayının, Veloparkın istifadəyə verilməsi, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının, T.Bəhramov adına Respublika Stadionunun və başqalarının yenidən qurulması paytaxt Bakının bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsinə imkan vermişdir. Bakıda keçirilən mötəbər idman tədbirlərini izləyən beynəlxalq qurumların rəhbərləri və idman mütəxəssisləri Bakıda təşkil olunan ilk Avropa Oyunlarını, 42-ci Dünya Şahmat Olimpiadasını, qadınlar arasında voleybol üzrə Avropa çempionatını, Formula-1 Qran-pri yarışlarını, IV İslam Həmrəyliyi Oyunlarını izlədikdən sonra bir daha Azərbaycanın həm idman ölkəsi olduğunu, həm də bu yarışlara yüksək səviyyədə hazırlaşıb keçirməklə ev sahibliyi etməyə layiq olduğunu təsdiq etmişlər. Təkcə bir faktı qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunları ilə idmanda Azərbaycan modeli yaradıldı və növbəti yarışlarda bu təcrübədən istifadə tövsiyə olundu. Digər tərəfdən sözügedən yarışların dünya standartları səviyyəsində təşkil olunub keçirilməsi istər ilk Avropa Oyunları, istərsə də IV İslam Həmrəyliyi Oyunları üzrə yaradılan Təşkilat Komitəsinə rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gərgin fəaliyyətinin nəticəsidir. Xatırladaq ki, möhtəşəmliyi ilə yadda qalan ilk Avropa Oyunlarına (12-28 iyun 2015-ci il) ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Respublikamız ölkələrin medal cədvəlində fəxrlə 2-ci yerdə (Rusiya Federasiyasından sonra) qərarlaşdı. Bu idman tədbirinə 291 təmsilçimiz qatılmış və 12 idman növündə medallara yiyələnmişlər. Azərbaycan ümumilikdə 56 medala sahib olmuşdur ki, bunun da 21-i qızıl, 15-i gümüş və 20-i bürüncdür.
2017-ci il 13-22 may tarixində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 268 dəst medal öz sahibini tapmışdır. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülmüşdür. Medalallardan 162-si bizim idmançılarımızın payına düşmüşdür. Ümumi medal sayında Türkiyədən (195) geri qalmağımıza baxmayaraq əyarına görə yığmamız İslamiadanın qalibi olmuşdur. Bununla da ölkəmiz tarixində ilk dəfə multiidman tədbirinin ən güclüsü adına yiyələnmişdir.
Azərbaycan idmançılarının daha bir uğuru Yay Olimpiya Oyunları ilə bağlıdır. Ölkəmizin müstəqil dövlət kimi, hər dörd ildən bir baş tutan Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlamışdır. Geriyə dönüb baxanda indiyədək qatıldığımız Olimpiya Oyunlarında - 1996-cı ildə Atlantada (ABŞ) 1, 2000-ci ildə Sidneydə (Avstraliya) 3, 2004-cü ildə Afinada 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci ildə Pekində (6 medal, 1 qızıl, 1 gümüş, 4 bürünc), 2012-ci ildə Londonda 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) medala sahib olmuşlar. Milli komandamız 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) daha böyük qələbəyə imza atmışdır. Belə ki, bu oyunlarda medalların sayı 18-ə çatmışdır (1 qızıl, 7 gümüş, 10 bürünc). Bununla da millimiz medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusiyadan sonra 2-ci, müsəlman aləmində isə birinci yerdə qərarlaşmışdır.
Son 18 ildə idmandakı bütün nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, 21 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyevin apardığı uğurlu idman siyasəti və şəxsən bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində əldə olunmuşdur. Təsadüfi deyildir ki, 2017-ci il sentyabrın 29-da Heydər Əliyev Mərkəzində MOK-un yaranmasının 25 illik yubileyi (xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılmışdır) münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində ölkəmizin rəhbəri demişdir: "Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya hərəkatına, idmana həsr edilib”.
Bəli, dövlətimizin başçısının dediyi kimi, vaxtaşırı idmançılarla, onların mütəxəssisləri ilə görüşüb problemləri ilə maraqlanan Prezidentimiz həm də idman ictimaiyyətinin sevincinə səbəb olan sərəncamlar imzalayır, hər ilin sonunda qalibləri fəxri ad, mənzil və digər dövlət mükafatları ilə təltif edir.
Məsələn, Azərbaycan idmançıları 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 247 qızıl, 236 gümüş və 268 bürünc olmaqla, ümumilikdə 851 medal qazanıblar. Ölkədə 219 respublika, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. Ötən il ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya alıb. Bundan başqa, 12 nəfərə Azərbaycan Respublikasının Əməkdar idman ustası, 12 nəfərə Respublika dərəcəli hakim, 41 nəfərə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 23 nəfərə Fəxri bədən tərbiyəsi və idman işçisi adı verilib. Həmçinin 2017-ci il dekabrın 18-də MQK-da ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev yüksək nailiyyətlər qazanan idmançılara, idman mütəxəssislərinə, bu sahədə xüsusi xidmətləri olan insanlara fəxri fərmanlar, diplomlar, döş nişanları və yeni mənzillərin orderlərini təqdim etmişdir.
Beləliklə, dövlətimizin başçısının 18 illik fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Bu müddət ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirmiş, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bu sırada idman xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev 18 il ərzində həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıtmışdır.
Natiq Lahıcov
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!